Icma.az
close
up
RU
Azərbaycan pərakəndə ticarət dövriyyəsi həcminə görə Cənubi Qafqazda liderdir

Azərbaycan pərakəndə ticarət dövriyyəsi həcminə görə Cənubi Qafqazda liderdir

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən apardığı təhlilə görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5% və ya 2,59 milyard manat artaraq 53,87 milyard manat təşkil edib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, cari ilin ilk 11 ayında pərakəndə ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,5% və ya 23 milyard manat çox olub.
Son 3 ilin statistik rəqəmlərinə diqqət etsək, pərakəndə ticarət dövriyyəsinin əvvəlki illərə nisbətən daha çox artdığını görə bilərik.
Buna səbəb son illərdə ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymət artımı olsa da, bu müddət ərzində minimum aylıq əməkhaqqı, o cümlədən minimum pensiya məbləğlərinin də artdığını nəzərə almalıyıq.
Pərakəndə ticarət dövriyyəsinin son 8 ilin ilk 11 ayı üzrə göstəricilərinə baxsaq görərik ki, əhali ərzaq və qeyri-ərzaq məhsullarına 2020-ci ildən bugünədək daha çox pul xərcləyib. Belə ki, 2019-cü ilin ilk 11 ayı ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında qeyri-ərzaq məhsullarına xərclənən pul 4,8% və ya 0,81 milyard manat azalaraq 16,19 milyard manat təşkil edib.
 

Həmin dövrdə ərzaq məhsulları üzrə pərakəndə ticarət dövriyyəsi 8,1% və ya 1,28 milyard manat artaraq 17,08 milyard manata çatıb. Sonrakı illərdə isə hər iki kateqoriya üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi hər il artıb.


Cari ilin ilk 11 ayında ərzaq məhsulları üzrə pərakəndə ticarət dövriyyəsi 27,25 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% və ya 0,75 milyard manat çoxdur. Qeyri-ərzaq məhsulları üzrə pərakəndə ticarət dövriyyəsi isə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,6% və ya 1,73 milyard manat artaraq 24,33 milyard manata çatıb.
Cari ilin göstəricilərini 8 il öncəki rəqəmlərlə müqayisə etsək, pərakəndə ticarət dövriyyəsinin ərzaq məhsulları üzrə 92,1% və ya 13,06 milyard manat, qeyri-ərzaq məhsulları üzrə 59,7% və ya 9,09 milyard manat artdığını görərik.
Cari ilin yanvar-noyabr aylarında ölkə əhalisi tütün məmulatları və içkilərə 2,28 milyard manat pul xərcləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 0,11 milyard manat çox olub.
Aparılan təhlil zamanı məlum olub ki, 2019-cu ildən bugünədək bu kateqoriya üzrə pərakəndə ticarət dövriyyəsinin qrafiki hər il artan düz xətt üzrə hərəkət edib.
2017-ci ilin ilk 11 ayı ilə müqayisə etdikdə, cari ilin yanvar-noyabr aylarında içki və tütün məmulatlarının pərakəndə ticarətinin 59,2% və ya 0,85 milyard manat artdığını müşahidə olunur.
Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 480 manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% və ya 20,8 manat çox deməkdir.
Məlumat üçün bildirək ki, 2017-ci ildə bu məbləğ 288,3 manat təşkil edib və bu göstəricini cari ilin rəqəmləri ilə müqayisə etsək görərik ki, ötən 8 ildə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 66,5% və ya 191,7 manat artıb.
Cari ilin yanvar-noyabr aylarında ərzaq məhsulları üzrə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 242,8 manat təşkil edib və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3% və ya 5,5 manat çox deməkdir.
Həmin dövrdə qeyri-ərzaq məhsulları üzrə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi isə 7,1% və ya 14,4 manat artıb.
2024-cü ilin ilk 11 ayında içki və tütün məmulatları üzrə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 20,4 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% və ya 0,89 manat çox deməkdir.
 

Hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlərə görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan pərakəndə ticarət dövriyyəsi həcminə görə (25,12 milyard dollar) digər ölkələr arasında lider olub.


Belə ki, eyni dövrdə Gürcüstanda pərakəndə ticarət dövriyyəsi 7,20 milyard dollar, Ermənistanda isə 3,89 milyard dollar təşkil edib. Hər üç ölkənin adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi üzrə göstəricilərinə baxsaq görərik ki, Azərbaycan vətəndaşları ayda orta hesabla 273,6 dollar həcmində, Gürcüstan əhalisinin hər bir nəfəri 177,3 dollarlıq, Ermənistan əhalisinin bir nəfəri isə 115,2 dollarlıq, pərakəndə alış-veriş edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Dekabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri