Icma.az
close
up
RU
AZƏRBAYCAN POLİSİ: effektiv fəaliyyət, innovasiyalar və cəmiyyətin inamı

AZƏRBAYCAN POLİSİ: effektiv fəaliyyət, innovasiyalar və cəmiyyətin inamı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əliməmməd Nuriyev,

DİN yanında İctimai Şuranın sədri,

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Polis mürəkkəb, tarixən inkişaf edən dövlət-hüquqi və sosial institutdur, onun struktur və funksional yenilikləri ictimai həyatın daim dəyişən mühiti ilə şərtlənir. Azərbaycanda polis orqanları dövlət mexanizminin tərkib hissəsi olmaqla yanaşı, həm də hüquq-mühafizə funksiyalarının həcminə, xarakterinə görə ən geniş miqyası əhatə edən institut kimi çıxış edir.

Müasir şəraitdə polis texnoloji tərəqqi, cinayətkarlığın dəyişən xarakteri və ictimai gözləntilərin artması nəticəsində yaranan yeni çağırışlarla üzləşir. Onun fəaliyyəti getdikcə daha çox müasir texnologiyaların tətbiqinə, şəffaflığın artırılmasına və ictimai etimadın gücləndirilməsinə əsaslanır. Cinayətlərin getdikcə mürəkkəb xarakter alması, texnoloji və kommunikasiya sahəsində sürətli inkişaf kiberpolis, antiterror, narkoticarət və mütəşəkkil cinayətkarlıqla mübarizədə ixtisaslaşmış polis qurumlarının yüksək peşəkar hazırlığını və inkişafını tələb edir. Eyni zamanda yeni çağırışlar bilavasitə vətəndaşlar, yerli icmalar, vətəndaş cəmiyyəti ilə fəal əməkdaşlığı zəruri edir. Müasir praktikada profilaktika, preventiv tədbirlər, gənclərlə, həssas qruplarla iş, maarifləndirmə, məlumatlandırma daha çox diqqət mərkəzinə gəlir.

Azərbaycan polisinin fəaliyyətində dövrün tələbləri, zamanın çağırışlarının nəzərə alınması, ən yeni təcrübələrin tətbiqi, yeni metodlar, texnoloji inkişaf ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə mühüm uğurlar əldə etməyə imkan verib. Azərbaycan MDB və Şərqi Avropada aşağı cinayətkarlıq səviyyəsinə görə öncül mövqeyini qoruyub saxlamağa müvəffəq olub. Cinayətkarlığın əsas göstəriciləri bunu deməyə əsas verir.

Bu nailiyyətlərdə əsas amillərdən biri cinayətlərin açılmasının yüksək səviyyədə olmasıdır. Əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınmışdır. Onların 40,6%-i (13.550-i) iqtisadi sahədə cinayətlər, 39,8%-i (13.273-ü) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 16%-i (5.337-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 85,8%-i (28.652-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 31.526 cinayətin 90,3%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 87,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 86%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 96,6%-i, adam öldürməyə cəhdlərin 95,2%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə olanların 83,3%-i, o cümlədən oğurluqların 69,4%-i, dələduzluqların 93,3%-i, soyğunçuluqların 96%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 98,2%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 98,5%-i, habelə xuliqanlıqların 97,6%-i açılmışdır. Əcnəbilərə qarşı törədilən cinayətlərin açılması yüksək olmaqla 92,8% təşkil etmişdir.

Diqqətçəkən faktdır ki, bu gün cinayətlərin əksəriyyəti vətəndaşların fəal iştirakı ilə açılır. Bu, əhalinin hüquq-mühafizə orqanlarına inamının artdığını və əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə asayişin qorunmasının yüksək səviyyədə təşkili Azərbaycan polisinin peşəkarlığının əsas vizit kartlarından birinə çevrilib. Bu baxımdan, ötən il COP29-un ölkəmizdə uğurla keçirilməsi, təhlükəsizliyin yüksək səviyyədə olması və bu sahədə kiçik insidentlərin belə baş verməməsi peşəkarlığın zirvəsi sayıla bilər. Daxili İşlər Nazirliyi, Daxili Qoşunların professional fəaliyyəti, xidmətin ən qabaqcıl standartlarla uyğun təşkili, şəxsi heyətin yüksək hazırlıq səviyyəsi COP29-un ən çox diqqətçəkən və xüsusilə vurğulanan və ölkəmizin tərəqqisini əks etdirən aspektlərindən biri oldu.

Azərbaycan polisi müasir tarixin bütün böhranlı mərhələlərində daim dövlətçiliyə sadiq olub, sabitliyi və asayişi təmin edib, dövlətçiliyimizin etibarlı sipərinə çevrilib. COVID-19 pandemiyası dövründə, Azərbaycanın tarixi qələbə çaldığı 44 günlük Vətən Müharibəsi, 19 sentyabr antiterror əməliyyatında və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin, asayişin təmin edilməsində polis qarşıya qoyulan əsas vəzifələri uğurla və peşəkarlıqla yerinə yetirdi. İşğaldan azad edilmiş ərazilərdə çətin şəraitdə polis nümunəvi xidmət təşkil edərək güvən yaratdı, hər hansı təhdidə qarşı yüksək hazırlıq nümayiş etdirdi. Polis bir daha öz fəaliyyəti ilə sübut etdi ki, müstəqil Azərbaycan dövlətçiliyinin etibarlı dayağıdır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətinin əsas istiqamətlərindən biri kimi, polisin zamanla ayaqlaşmağa qadir, effektiv hüquq-mühafizə orqanı kimi yaradılması və inkişafı daim diqqət mərkəzində olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü ordu və səmərəli hüquq-mühafizə sistemi quruculuğu siyasəti xalqımızın qarşısında duran tarixi vəzifələrin həllində həlledici rol oynadı. Dövlət başçısının strateji baxışı və yanaşması Azərbaycana bu istiqamətdə bir daha öz dövrünü qabaqlamağa, çağırışlara operativ reaksiya verməyə, mövcud və potensial təhlükələrə qarşı etibarlı qoruyucu sipər yaratmağa imkan verdi. Bu strateji baxışın həyata keçirilməsi sayəsində bu gün Azərbaycan polisi səmərəli, peşəkar, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə qadir, qabaqcıl texniki və kadr potensialına malik olan hüquq-mühafizə orqanı kimi dinamik inkişaf edir. DİN rəhbərliyinin xüsusən son illər ardıcıl islahatlara, yeni iş metodlarının, texnoloji yeniliklərin tətbiqini sürətləndirməsi, kadr hazırlığı ilə əlaqədar tələbkarlığın artması, ictimaiyyətlə əlaqələrin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi polisin sürətli dəyişikliklərlə ayaqlaşmasını şərtləndirib və effektivliyini artırıb. Günümüzün Azərbaycan polisi ictimaiyyətlə sıx işləyir, vətəndaş cəmiyyəti ilə fəal və effektiv şəkildə əməkdaşlıq edir. Yeni yanaşmaya və dəyişən mühitə uyğun olaraq profilaktik və qabaqlayıcı tədbirlər gücləndirilir. Polis öz fədakar, peşəkar xidməti ilə cəmiyyətdə inam yaradıb. Son illər polis xüsusilə maarifləndirici xarakter daşıyan, ictimaiyyətlə sıx əməkdaşlıq edən, bütün kommunikasiya kanallarını inkişaf etdirən, hər bir vətəndaş üçün əlçatan bir qurum kimi ön plana çıxıb.

Ardıcıl islahatlar, yeniliklər və cəsarətli təşəbbüslər polisin ictimai profilini tamamilə yeniləyib. E-polis tətbiqi, sosial şəbəkələrdən fəal və proaktiv istifadə etməklə, vətəndaşların müraciətlərini qəbul etmək üçün ən geniş və əlçatan rabitə kanalları sistemini yaratmaqla Azərbaycan polisi təkcə yerli deyil, həm də beynəlxalq praktika ilə müqayisədə qabaqcıl təcrübələr yaradıb. Polis demək olar ki, hər gün maarifləndirmə işləri aparır, hər gün xitab edir, öyrədir, xəbərdarlıq edir. Bu fəaliyyətlərlə DİN indiyə qədər görünməmiş ən yaxşı təcrübələr yaradaraq, ictimaiyyətlə əlaqələrdə yeni standartlar müəyyən etdi. Bütün bunlar Azərbaycan polisinin yeni dövrün tələblərinə uğurlu uyğunlaşması, yeniləşən cəmiyyətdə yeni əks-əlaqə modelinin tətbiqidir.

DİN yanında İctimai Şuranın təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Daxili İşlər naziri Vilayət Eyvazov bu sahədə innovasiyaları və qabaqcıl təcrübənin yaradılmasını şəxsən təşviq edir. Bütün bu məsələlər Nazirliyin kollegiya iclaslarında və müşavirələrində əsas müzakirə mövzularından olub. Heç kimə sirr deyil ki, bütün dünyada qurum rəhbərinin mövqeyi və yanaşması ictimaiyyətlə əlaqələrin mahiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan, Daxili İşlər Nazirliyində bu sahədə yeniliklərin çevik və genişmiqyaslı tətbiqi artıq özlüyündə bir göstəricidir.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura son 4 ildə islahatlara ictimai etimadın gücləndirilməsi, etibarlı, əlçatan kommunikasiya kanallarının yaradılması, maarifləndirmə və məlumatlandırma sahəsində geniş fəaliyyət göstərdi. DİN yanında İctimai Şura səmərəli fəaliyyəti ilə polisin cəmiyyətlə əks-əlaqə kanallarını, kommunikasiyasını gücləndirməkdə mühüm rol oynadı. İctimai Şura yüzlərlə vətəndaş müraciətinə baxaraq, onların təhlili əsasında DİN-ə təkliflər təqdim edib, məişət zorakılığı, narkotiklərlə mübarizəyə dair bütün maraqlı tərəflərin iştirakı ilə ictimai dinləmələr keçirərək səylərin əlaqələndirilməsinə əhəmiyyətli töhfə verib. Paytaxtın 11 rayon polis idarəsinin müvəqqəti saxlama yerlərində monitorinqlər apararaq effektiv ictimai nəzarəti təmin edib. Şura mandatına uyğun olaraq daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ictimai əhəmiyyət kəsb edən problemlərin həlli ilə bağlı təkliflərlə çıxış edib. Şura ümumilikdə, vətəndaş cəmiyyətinin DİN-lə effektiv əməkdaşlığına nail olmaqla, daha geniş miqyasda ictimai iştirakçılığı təmin edib.

Sabah – 2 İyul, Azərbaycan Polisi Gününü böyük qürurla qeyd edəcəyik. Peşə bayramı münasibətilə DİN şəxsi heyətini, hər bir polis əməkdaşını təbrik edir, çətin və şərəfli xidmətdə yeni nailiyyətlər arzu edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri