Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.
Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.
Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
07 Dekabr 2025 14:04
Azərbaycan Premyer Liqasında daha bir legioner
07 Yanvar 2025 17:45
Misli Premyer Liqasında daha iki oyun keçirilib
29 Noyabr 2025 19:21
Misli Premyer Liqasında növbəti oyun keçirilib
30 Noyabr 2024 16:49
Baxış sayı:187
Bu xəbər 15 Fevral 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















