Valdas Dambrauskas: “Çempionlar Liqasında kiçik səhvlər baha başa gəlir”
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Sabah" komandası Norveçə yaxşı səviyyədə hazırlaşaraq gəlmişdi". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bura Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamı ilə bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə bir qədər açıq oyuna şahidlik etdik. Onlar təkbə-tək mübarizələrəd daha üstün idilər. Belə matçlarda sürətə fikir vemrək gərəkdir".
O, komandasının meydanda azlıqda qalmasından sonra belə başa-baş mübarizənin davam etdiyini söyləyib:
"Təəssüf ki, buraxdığımız qol bizi məğlubiyyətə apardı. Halbuki, azlıqda qalsaq belə yaxşı çıxış edirdik. Dediyim kimi, bura Çempionlar Liqasıdır və səviyyə tam başqadır. Kiçik bir səhvlə qapımızda qol görə bilərik".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 05 Noyabr 2026 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















