Icma.az
close
up
RU
Azərbaycan, prezident və... presedent

Azərbaycan, prezident və... presedent

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Diplomatiya təkcə dostlarla deyil, həm də və ən çox düşmənlərlə danışmaq zərurətidir. Ya da özünü dost, müttəfiq kimi göstərib, düşmənçilik edənlərlə.

Məlumdur ki, Azərbaycanın Co Bayden administrasiyası dövründə ABŞ-la, eləcə də, Fransa ilə münasibətləri çox gərgin idi. Donald Trampın yeni prezidentlik dönəminin başlamasından 7 ay ərzində rəsmi Bakı Vaşinqtonla münasibətləri sıfır səviyyəsindən qaldırdı və hazırda Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri üzərində iş gedir. Eləcə də, bu yaxınlarda, Kopenhagendə - Avropa Siyasi Birliyinin sammiti günlərində, nəhayət, Azərbaycan və Fransa prezidentləri görüşdü. Bu da rəsmi Parisin Azərbaycanın əhəmiyyətini anlaması ehtimalını yaradır. İranla münasibətlərin tarixçəsi də məlumdur; iki ölkə az qala münaqişə vəziyyətinə gəlmişdi və səbəbkar Azərbaycan deyildi. Azərbaycan dövlətinin başçısı İranın yeni prezidenti ilə sözün bütün mənalarında ümumi dil tapdı və gərginliyi böyük ölçüdə aradan qaldırdı. Təbii ki, Rusiya ilə Azərbaycan arasında rəsmi Moskvadan qaynaqlanan - Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin vurulması ilə başlanmış və məlum-məşum Yekaterinburq hadisələri ilə pik həddə çatmış gərginlik xüsusi qeyd olunmalıdır. Son 10 ayda bu gərginlik getdikcə artdı və o həddə çatdı ki, Rusiyada Azərbaycana da qarşı hərbi müdaxilə çağırışları səsləndi.

Bütün bu gərginliklər, təhdidlər qarşısında (istər Qərbdən, istər Cənubdan, istər Şimaldan gəlsin, fərq etməz) Azərbaycan dövləti, şəxsən ölkə prezidenti İlham Əliyev duruşunu pozmadı. Heç kəsin qarşısından geri çəkilmədi, ölkəsinin mövqeyini ifadə etdi və milli maraqları qorudu. Bunu görməmək üçün gərək ya analitik qabiliyyətdən, ya da, sadəcə, ədalət hissindən məhrum olasan.

Zamanında ATƏT-in keçmiş Minsk Qrupunda həmsədr dövlətlər - dünyanın qlobal gücləri Azərbaycan prezidentinə Qarabağdan əl çəkmək qarşılığında böyük imkanlar vəd etmişlər. Ancaq Azərbaycan dövlətinin başçısı bu təklifləri nəinki qəbul etdi, əksinə beş il əvvəl işğal olunmuş əraziləri hərbi və siyasi yolla geri aldı, eləcə də, 2023-cü ildə lokal antiterror əməliyyatı aparmaqla ölkənin suverenliyini bərpa elədi. Bu, bir tarixdir, tarixi hadisələrdir. Həm də çox yaxın tarixdir.

Rusiyanın basqıları qarşısında da Azərbaycan dövləti eyni qərarlılıqla dayandı və öz tələblərini qəbul etdirməyə nail oldu. Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki görüşündə prezident Vladimir Putin baş vermiş faciəli hadisəyə görə Azərbaycana öz üzrxahlığını bir daha ifadə etdi, Rusiya tərəfinin hadisəyə görə məsuliyyət daşıdığını qəbul etdi (bu hadisəyə görə lazım olan hüquqi qiymətin veriləcəyini deməsi bunu ehtiva edir). Eyni zamanda təzminat ödəməyi də qəbul etdi.

Xatırladım ki, həm Sovet İttifaqı, həm də onun dağılmasından sonra müxtəlif illərdə müxtəlif ölkələrə məxsus mülki təyyarələri vurub, nəticədə yüzlərlə insan həlak olub. Ancaq heç bir hadisəyə görə rəsmi Moskva öz günahını etiraf etməmiş, üzr istəməmiş, günahkarları cəzalandırmamış, kompensasiya ödəmək öhdəliyi götürməmişdi. Hətta onlardan bəzilərinə dair BMT səviyyəsində qətnamə qəbul edilsə də, Moskva buna məhəl qoymamışdı. Oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin görüşündə gözlənilməz bir nəticə əldə olundu. Bu görüş ərəfəsində Azərbaycan və Rusiya rəhbərləri arasında telefon danışığı da olmuşdu. Belə görünür ki, Rusiya tərəfinin görüş təşəbbüsünə cavab olaraq, prezident İlham Əliyev məlum faciəli hadisə ilə bağlı Azərbaycanın tələblərinin qəbul ediləcəyi şərtilə və bu vədi alaraq, Vladimir Putinlə bir araya gəlməyə razılıq verib. Nəticədə İlham Əliyev həm Azərbaycanın, həm də və xüsusilə Rusiyanın tarixində çox mühüm bir presedent yaratmağa nail olub. Bu, Rusiyanın hava məkanında vurulmuş mülki təyyarəyə görə rəsmi Moskvanın birinci şəxs səviyyəsində məsuliyyəti etiraf etməsi və zərərçəkən tərəfin haqlı tələblərini qəbul etməsi presedentidir. Belə bir nəticə ilə Azərbaycan beynəlxalq münasibətlərdə çoxdan oturuşmuş paradiqmanı dəyişmiş oldu. Güclünün haqlı sayıldığı müasir dünyada əslində haqlının güclü olduğunu öz əməli təcrübəsində isbatlamış oldu. Burada daha bir mühüm və maraqlı nüans da var: Sovet İttifaqı və indiki Rusiya Federasiyası bir sıra böyük, güclü dövlətlərin mülki təyyarələrini vurub. ABŞ, Cənubi Koreya, Malayziya kimi ölkələrdən söhbət gedir. Ancaq Rusiya onlardan yox, Azərbaycandan üzr istəyib, Azərbaycanın tələblərini qəbul edib. Bu da onu göstərir ki, əvvəla, Azərbaycan öz haqlı tələblərində düzgün qaydada israr edib, ikincisi, Azərbaycan Rusiyanın vaz keçə bilməyəcəyi dərəcədə güclənib və nəhayət, özünü beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi təsdiq edib. Məhz buna görə prezident Putin müttəfiqlik münasibətlərinə qaldığı yerdən davam etmək istəyini bildirib. Rusiya öz vədlərinə nə dərəcədə əməl edəcək, bunu zaman göstərər. Amma bu gün fakt budur: Azərbaycan öz haqlı olduğunu sübut etdi və Rusiyaya da bunu qəbul etdirdi. Bu iki ölkə arasında gərginlik onsuz da sonsuza qədər davam etməyəcəkdi; bir nöqtədə dövlətlər dil tapacaqdı. Ancaq bu nəticə ədalətə əsaslanmalı idi. Azərbaycan ən azı bu ədalətin etiraf edilməsinə nail oldu. Azərbaycan prezidenti bunu bacardı. Kim nə deyir, desin. Bundan sonrakı mərhələdə Rusiyada yaşayan Azərbaycanlılara qarşı repressiyalar, eləcə də, Ukrayna ərazisində Azərbaycana məxsus obyektlərin vurulması kimi hallar gündəmə gəlməli və bu cür hallara son qoyulmalıdır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri