Icma.az
close
up
RU
Azərbaycan Prezidenti tərəfindən irəli sürülən dövlət proqramları uğurlu gələcəyin təminatçısıdır ŞƏRH

Azərbaycan Prezidenti tərəfindən irəli sürülən dövlət proqramları uğurlu gələcəyin təminatçısıdır ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəsi sözügedən istiqamət üzrə görülmüş və görüləcək işlər barəsində aydın fikir formalaşdırdı. Ölkəmizin rəhbəri nəqliyyat məsələləri ilə bağlı mütəmadi olaraq müzakirələr aparır və bu sektorda inkişafı təşviq edən qərarlar qəbul edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, dinamik inkişaf tempinə sahib olan Azərbaycanın iqtisadi tərəqqisini stimullaşdıran əsas amillərdən biri də çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir. Paytaxt Bakı ilə yanaşı, respublikamızın digər şəhər və rayonlarında nəqliyyat-kommunikasiya və ümumilikdə sosial infrastrukturun inkişafı maksimum dərəcədə diqqətdə saxlanılır.

Bu mənada Prezident İlham Əliyevin çıxışında Azərbaycanın nəqliyyat şəbəkəsinin inkişafı, paytaxtda sərnişin sıxlığı ilə müşahidə olunan halların aradan qaldırılması, eləcə də bu sektorda müasir texnologiyaların tətbiqi məsələləri xüsusi yer tutdu.

Deputatın sözlərinə görə, dövlətimizin başçısının rəhbərliyi ilə yeni sosial infrastruktur obyektlərinin, səhiyyə, mədəniyyət, təhsil, idman, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, elektrik, su, qaz xətləri kimi mühüm işlərin uğurla davam etdirilməsi insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

“Prezident İlham Əliyev Şimalla Cənub və Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyindən məharətlə yararlanır. Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və son dövrlərin ən aktual nəqliyyat layihələrindən biri, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin hər ötən gün artması və Azərbaycanın sözügedən layihə çərçivəsində illər öncədən gördüyü işlər dövlətimizin başçısının uzaqgörən strateq olduğunun sübutudur. Tam əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır", - deyə G.Ağamalı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri