Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Prezidentinin elmə qayğısı və baxışları

Azərbaycan Prezidentinin elmə qayğısı və baxışları

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

I MƏQALƏ

Varislik davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin hər tədbirdə iştirakı bir hadisədir. İndi dövlət başçımızın mötəbər qlobal tədbirlərdə iştirakını məhz xüsusi hadisə kimi qəbul edirlər. Biz bu tezisin əsaslı olduğunu müasir elmi kiteriyalarla sübut etmək məqsədilə “Xalq qəzeti”ndə silsilə məqalələr dərc etmişik. Əlbəttə, onlar “intellektual okean”da bir damladır. Ancaq intellektin hər zərrəsi belə Azərbaycan Liderinin fəaliyyətinin milli, regional və qlobal miqyaslarda doğru dərk edilməsi baxımından vacibdir. Bu fikrin izahı çoxaspektlidir. Ancaq burada üç mühüm saydığımız məqamla kifayətlənək.

Birincisi, Azərbaycanda liderliyə son 300 ildə münasibətin tarixi aspekti. Azərbaycan dövlətçiliyinə hücumların imperialist dairələr tərəfindən sistemli və davamlı hal alması həm də ölkəmizin dövlət xadimlərinə, liderlərin fəaliyyətinin gerçək dəyərlərinə, siyasi şüurumuzun dövlət yarada bilmək qatına, qövm olaraq sosial-psixoloji özəlliklərimizə, idarəetmədə ədalətlilik, nizamlılıq və fəzilətliyimizə, Azərbaycan rəhbərlərinin hünərliliyi, sədaqətliliyi, xalqa bağlılığına, digər çox yüksək keyfiyyətlərimizə qarşı güzəştsiz, xaincəsinə savaşa başlamaq demək idi.

Bunun nəticəsidir ki, yad ideologiyası həmişə Azərbaycan dövlətçiliyini aşağılamağa çalışmış və avtomatik olaraq onun liderləri haqqında qərəzli fikir formalaşdırmağa cəhdlər etmişdir. Azərbaycanın hünərli və sadiq hökmdarlarına qarşı sui-qəsdləri hətta ən yaxınlarının əli ilə etmişlər (məsələn, Nadir şaha qarşı edilənləri xatırlayaq). Bununla, ümumiyyətlə, azərbaycanlıları xəyanətkar kimi göstərməyə çalışmışlar və eyni zamanda siyasi-ideoloji hiyləgərliklərini pərdələmişlər.

Qədim dövlətçilik təcrübəsi olan azərbaycanlı şüuru buna laqeyd qala bilməzdi. Dərindən anlayırdı ki, bütün bunların arxasında düşmən əli var. Bu mövqe tədricən bütövlükdə Azərbaycanda hakimiyyətə gələnlərə qarşı müəyyən laqeydlik və ehtiyatlılıq sindromu yaratdı. Azadlıqsevər azərbaycanlılar (türklər) müstəqil və güclü dövlətdən başqa variantı heç zaman qəbul etməmişlər. Biz yalnız müstəqil yaşaya bilərik, başqa halda “havamız çatmır”!

Buna görə də Azərbaycan cəmiyyətinin öz güclü liderlərinə inamını, dəstəyini və simpatiyasını bərpa etmək tarixi vəzifəmizdir. Ulu öndər dövlətçiliyimizlə bağlı hər məsələdə olduğu kimi, milli liderliyin simaptiyamız olması üçün olduqca təsirli addımlar atdı. Onların sırasında Azərbaycan cəmiyyətinin tarixən intellektual, elmə, mədəniyyətə, təhsilə yüksək qiymət verən və bu əsasda dövlət quran qövm olduğunu qətrə-qətrə, yorulmadan ictimai şüurunuza yeritdi. AMEA-nın milli sərvət olması tezisinin təməlində dayanan ideya və konseptual vizyonun mühüm özəlliklərindən biri bundan ibarətdir!

Deməli, AMEA indiki mərhələdə Azərbaycanda dövlətçilik və liderlik ənənəsi ilə müasirliyin vəhdətində ciddi elmi əsaslarda ədalətli, real konseptual yanaşmaların hazırlanmasında tarixi aparıcı rolunu davam etdirməyə məsuldur. Bu sadə və aydın tezisi dərk etmək üçün AMEA-nın 2022-ci ilin payızından başlayan yeniləşmə kursunun və 2030-cu ilədək strateji inkişaf konsepsiyası və “Yol Xəritəsi”nin məzmunu ilə tanış olmaq kifayətdir!

İkincisi, hazırda dünya miqyasında uğurlu liderliyin fəlsəfi, sosioloji, kulturoloji, politoloji, siyasi nümunəsinin axtarışları intensiv olaraq gedir. Alimləri buna istiqamətləndirən başlıca səbəb müasir dünyanın çox mürəkkəb siyasi, iqtisadi, geosiyasi, geoiqtisadi və təhlükəsizlik anatomayisına malik olmasıdır. Bunun fonunda indiyə qədər hazırlanmış bütün dövlətlərarası, beynəlxalq münasibətlərin kriteriyaları çökmüşdür. Qlobal nizamın yaradılması bütövlükdə bəşəriyyətin varoluşu məsələsi kimi qəbul edilməkdədir.

Əgər dünya miqyasında hər aspektdə münasibətləri tənzimləmənin kollektiv kriteriyaları çökmüşsə, milli dövlətlərin mövcudluğu və inkişafının mərkəzi faktoru nə ola bilər? Məhz bu suala indi alimlər birmənalı cavab verirlər: Liderlər!

Bununla liderlik bütövlükdə müasir uğurlu dövlətçiliyin, müstəqil, fəzilətli cəmiyyət və dövlət quruculuğunun, dünya üzrə sülh, əmin-amanlıq və təhlükəsizliyin əsas təminatçısı statusuna yüksəlmişlər! Lider identikliyi xeyli dərəcədə həm də dövlətin identikliyi kimi qəbul edilir. Buna görədir ki, mütəxəssislər ABŞ-ın Tramp obrazı ilə tanımağa başlamışlar. Onun əlaməti Amerikanın hansı addımı atması ilə Trampın addımlarını faktiki olaraq eyniləşdirimələrində görünür. Eyni qaydada Rusiyaya “Putindən”, Türkiyəyə “Ədroğandan”, İsrailə “Netanyahu”dan baxırlar.

Bu sırada Azərbaycan Prezidenti xüsusilə müsbət mənada seçilir. Azərbaycana İlham Əliyevin lider identikliyindən baxaraq həmişə belə deyirlər: “möhtəşəm inkişaf”! Əslində bu iki kəlmənin fəlsəfəsi və siyasi-nəzəri izahı çox geniş faktorları nəzərə almağı tələb edir. Azərbaycan alimləri bunu etməlidirlər! Yeniləşən AMEA bu yolda inamla irəliləyir!

Üçüncüsü, Heydər Əliyevin “bir millət, iki dövlət” və “mən fəxr edirəm ki, azərbaycanlıyam” tarixi tezislərinin dərin siyasi, geosiyasi, dövləti və psixoloji məqamlarını sistemli dərk etməyin vaxtı çoxdan çatmışdır. Çünki bu kəlamlar yalnız siyasi hədəfli deyillər, onlar bütövlükdə toplum və müstəqil dövlət kimi varlığımızın indiki tarixi mərhələdə manifesti, fəaliyyət kompasının “strateji istiqamətidir”! Prezident İlham Əliyevin fəaliyyəti bu kəlamların hər anda təsdiqinin və yaşarlılığının simvoludur. AMEA yeniləşmə kursunda məhz bu məqamı ciddi nəzəri sosial-humanitar elmi tədqiqatların mərkəzinə gətirmişdir. Və ölkənin baş elmi təşkilatının rəhbərliyinin bu seçimi etməkdə nə qədər haqlı olduğunu AMEA-nın 80 illiyinə həsr edilmiş tədbir bir daha təsdiq etdi.

Dövlətin elmə və elmin dövlətə münasibəti

Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyinə həsr edilmiş tədbirdə söylədiyi nitqdə müasir mərhələdə bütövlükdə elmə, intellektə və xüsusi olaraq Azərbaycanda elmi fəaliyyətə yanaşmasında yer almış iki ümumi tezisiə baxmaq faydalı olardı.

Prezident İlham Əliyev tarixi nitqinə aşağıdakı fikirlərlə başlamışdır: “Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Akademiyaya gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər... Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır... Sirr deyil ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”.

Bu fikirlərin mənalarında ən azı üç vacib məqam mövcuddur.

Birincisi, AMEA-nın fəaliyyətini davam etdirməsi seçim məsələsi deyildir, dövlətçilik baxımından zərurətdir: “Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər”. Dövlət başçısı dərhal bu inamını və AMEA-ya olan güvəncini arqumentləşdirir: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır”.

İkincisi, Prezidentin ifadə etdiyi AMEA-nın ölkə üçün əhəmiyyəti və ona olan inamının təməlində Ulu öndər Heydər Əliyevdən başlayan elm siyasətinin dayandığını İlham Əliyev dəqiq vurğulayır. Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərindən bu kursun əsasını yaratdığını və onun başlıca hədəfinin ictimai-siyasi quruluşun dəyişməsindən asılı olmağını vurğulamağın ayrıca əhəmiyyəti vardır.

O cümlədən Ulu öndərin dövlətin elmə münasibətinin ifadə edildiyi siyasət qiymətli töhfədir və o, dəyişməyəcək. Yəni dövlət siyasi varisliyin bir mühüm aspekti olan elm siyasətində varisliyə qətiyyətlə əməl edəcək.

Bundan başqa, həmin bağlılıqda AMEA-nın aparıcı funksiyası saxlanacaqdır. Təbii ki, bunun üçün mühüm şərtlərdən biri ölkənin baş elmi təşkilatının geniş yeniləşməyə nail olması gərəkdir.

Nəhayət, üçüncü vacib məqam ilk iki tezisdən avtomatik olaraq məntiqi nəticə kimi alınır: İndi dövlətin elmə münasibəti fonunda elmi təşkilatların və elm adamlarının dövlətə münasibətlərinin məzmunu və məqsədi yeni aktuallıq kəsb edir. Dövlətin dəstəyini görən elmi sfera eyni qaydada dövlətə (söhbət Azərbaycan dövlətindən gedir) münasibətini bu mürəkkəb tarixi mərhələnin tələblərinə və çağırışlarına uyğun müəyyən etməlidir.

Elmi təşkilatın və alimlərin dövlətə münasibəti ilə bağlı davamlı hərəkatı məhz AMEA rəhbərliyi 2022-ci ilin payızından başlatmışdır. Bu, inkarolunmaz həqiqətdir! Bu hərəkatın elmi yaradıcılıq və elmi fəaliyyətin təşkili nümunəsi kimi təmsilçisi AMEA-nın yeniləşmə kursudur.

Bu kursun praktiki reallaşma platforması AMEA-nın strateji inkişaf konsepsiyası və “Yol Xəritəsidir”. Onun yaradıcılıq və fəaliyyətinin fundamental ideya qaynağı Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursudur. Elmi tədqiqatların motivəedici yaradıcılıq faktoru müstəqil dövlətçiliyin möhkəmlənməsi kontekstində Azərbaycançılıqdır.

Sırf elmi yaradıcılıq motivasiyası (koqnitiv aspekt) isə rəqəmsallıq, süni intellektin tətbiqi və kibertəhlükəsizliklə bağlıdır. Burada koqnitiv aspektin strateji inkişaf kursu kontekstində Azərbaycançılığın məfkurəvi şərtlərinə uyğun fəzilətli cəmiyyət formalaşdırmağa xidmət göstərməsi məsələsi əsas şərtlərdən biridir. Yəni Azərbaycanda elm mütləq surətdə birgəyaşam mədəniyyətimizdə xüsusi yeri olan fəzilətliliklə sıx bağlılıqda inkişaf etdirilməlidir. Azərbaycan elmi güclü texnoloji imkanlarla yanaşı, mənəvi keyfiyyətləri yüksək olan şəxslər yetişdirməlidir!

Elmi təşkilatların və alimlərin dövlətə münasibətinin aktuallığı Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində ifadə etdiyi bir fikrin işığında daha aydın görünür. Dövlət başçısı demişdir: “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir”.

Azərbaycan Prezidentinin bu fikirləri AMEA tribunasından səsləndirməsinin üç vacib özəlliyi vardır. Onlar dövlət başçısının yubiley tədbirindəki nitqində “yeniləşən dünya” və “yeniləşən Azərbaycan” proseslərinin fonunda “yeniləşən elm” tezisini irəli sürməsi ilə bağlıdır. Prezidentin nitqindən gətirdiyimiz yuxarıdakı fraqment göstərir ki, bu məqamlar da ciddi surətdə elm siyasətində varisliyə əsaslanır. Ulu öndər 1993-cü ildə yeniləşən Azərbaycanın prioritetlərindən biri kimi elmi yaradıcılığı və onun institutlaşmasında yeniləşmələri müəyyən etmişdir. Bu faktın işığında AMEA-nın 80 illik yubileyi xüsusi tarixi və strateji anlam kəsb edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri