Icma.az
close
up
RU
Politoloq: Azərbaycan müharibə cinayəti törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail oldu

Politoloq: Azərbaycan müharibə cinayəti törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail oldu

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri mühakimə etməklə ədalətin bərpasına nail oldu.
Bunu APA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov bildirib.

Örnək göstərilən lider

Zaur Məmmədov deyib ki, bu gün müasir prosesləri izləyərkən milli dövlətlərin talelərinin çox vacib məqamda olduğu görünür:
“Görünən odur ki, milli dövlətlər ya düzgün siyasət seçərək daha da inkişaf edir, ya da ki tənəzzülə uğrayır, onun-bunun vassalına çevrilmiş olurlar. Dünyada bu gün baş verənlər bir daha onu göstərir ki, əgər yanlış siyasət həyata keçirirlərsə, bu, hətta dövlətlərin tənəzzülü ilə nəticələnə bilər. Amma elə dövlətlər var ki, əksinə, çağdaş dünyada öz sözünü deyən, öz varlığını qoruyan, suverenliyini və müstəqilliyini daha da möhkəmləndirən ölkələr sırasındadır. Sevindirici haldır ki, bu ölkələr sırasında ilk növbədə biz Azərbaycan Respublikasının adını çəkə bilərik. Müasir Azərbaycan Respublikası ələlxüsus 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra bölgədə və bölgə ətrafında öz sözünü diktə edən və milli maraqlarını iri addımlarla həyata keçirən beynəlxalq aktora çevrilib”.
Politoloq qeyd edib ki, bunun da nəticəsidir ki, son 100 ildə müasir milli dövlətlər sırasında ilk dəfə olaraq məhz Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam olaraq bərpa edib. Hələlik Azərbaycan Respublikası bu siyahıda yeganə ölkədir və bir çox ərazi bütövlüyü, suverenliyi tapdalanmış dövlətlər üçün heç də təsadüfi deyil ki, nümunə olaraq qalmaqdadır. Bunun da nəticəsidir ki, istər Avropa ölkələrində, istər dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan Prezidenti İlham Əliyevi həmişə örnək və nümunəvi bir lider kimi təqdim edirlər və Azərbaycanın apardığı siyasəti bir nümunə olaraq qeyd edirlər”.

Azərbaycanın qələbəsini həzm etməyənlərin erməni separatizminə dəstəyi

Zaur Məmmədov vurğulayıb ki, adətən, müharibələr bitəndən sonra məsələlər heç də tam həllini tapmır: “Xalqlar və dövlətlər arasında ziddiyyətlərin tamamilə keçmişdə qalması üçün təkcə müharibələri başlatmaq və müharibələri sona çatdırmaq yetərli deyil. Bunun üçün ziddiyyət və münaqişələrin həmişəlik aradan qaldırılması olduqca vacib məqamlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən və daha sonra da dəfələrlə bəyan edirdi ki, Azərbaycan torpaqlarının bir millimetrinin belə düşmən tapdağında qalmasına imkan verməyəcək. O, öz sözünə əməl etdi, bir çox təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Məlumdur ki, həm 2020, həm də 2023-cü ildə Qarabağın dağlıq hissəsində antiterror tədbirlərinin aparılmasına qarşı olan çoxsaylı qüvvələr vardı. Müəyyən regional və beynəlxalq dairələr Azərbaycanın bu qələbəsini həzm edə bilmirdilər. Hər cür bəhanələrdən, resurslardan istifadə edərək bölgədə problemin davam etməsinə çalışırdılar. Sözsüz ki, bu istiqamətlərdən biri də həm də erməni terrorçularının, erməni separatçılarının maliyyələşdirilməsi və onların arxalarında durmaq idi. Bunun da nəticəsi idi ki, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri düşünürdülər ki, hələ də ipucu var və onlar öz qəsbkarlıqlarını davam etdirəcəklər. Lakin Prezident İlham Əliyev daim qəti prinsipiallıq nümayiş etdirərək cinayətlər törədənlərin mütləq ədalət məhkəməsinə cəlb olunacağını, günahsız qurbanlarının qanının yerdə qalmayacağını bildirirdi. Biz də həmin separatçı qüvvələrin liderlərinin saxlanılaraq Bakıda gətirilməsinin şahidi olduq”.

Separatçıların etirafları

Politoloq qeyd edib ki, bu gün onlar məhkəmədə Azərbaycan xalqı qarşısında törətdikləri cinayətlərə görə cavab verirlər. Azərbaycan Respublikasının məhkəmə orqanlarında həmin həbs edilən şəxslərin dedikləri bir daha onu göstərir ki, onlar cinayətlərini boynuna alır, azərbaycanlılara qarşı qətil törətdiklərini, Azərbaycan Konstitusiyasını, qanunlarını pozduqlarını etiraf edirlər. Ən vacib məqamlardan biri də Ermənistandan daim dəstək almaları, Ermənistan Respublikasındakı rəhbərlikdən təlimatlar almaları barədə ifadələridir. Uzun müddət Hayastan iddia edirdi ki, güya Ermənistan dövləti Azərbaycan Respublikasının ərazisini işğal etməyib, Qarabağdakı separatçılara birbaşa hərbi dəstəyi olmayıb, bu və yaxud digər cinayətlərdə iştirak etməyib. Məhkəmədə deyilən fikirlər, verilən bəyanatlar bir daha onu göstərir ki, Azərbaycanın xalqına qarşı cinayətlərin törədilməsinə həm Ermənistan dövləti, həm də Ermənistan dövlətinin və xarici bəzi ölkələrinin himayə etdiyi Qarabağdakı erməni separatçıları, hərbi- siyasi xunta başçılıq edib.

Məhkəmə prosesindən faktiki olaraq aydın olur ki, Ermənistanın işğalçılıq siyasətini ört-bastır etmək üçün 1980-ci illərin sonlarında "xilas naminə" qondarma rejim yaradıb.

Ümumiyyətlə insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi dünyada müharibələrin və münaqişələrin, ziddiyyətlərin ədalətli şəkildə aradan qaldırılması üçün ən vacib məqamlardan biridir və bu, dünya üçün nümunə olmalıdır. Beynəlxalq instansiyalar, hüquq və insan hüquqları istiqamətində ixtisaslaşan təşkilatlar, ayrı-ayrı ali beynəlxalq qurumlar Azərbaycanın bu haqq yolunu dəstəkləməli və başa düşməlidirlər ki, müharibə cinayətkarları əgər ədalət mühakiməsinə cəlb olunmamış qalarlarsa, bu, həmin cinayətlərin davam etməsi, dünyanın ayrı-ayrı ölkələrində bu kimi cinayətkar qrupların, separatçı qrupların, insan qatillərinin daha da çoxalması və güc almasına gətirib çıxarda bilər. Necə ki, Azərbaycan hərbçiləri vaxtilə öz nümunəvi addımları ilə dünyaya nümunə oldular, bu gün Azərbaycan məhkəmə orqanları da dünyaya nümunəvi davranış modeli göstərmiş olurlar. Münaqişənin tam aradan qaldırılması üçün bu insanlar mühakimə olunmalıdır. Yeri gəlmişkən, bu şəxslər təkcə Azərbaycan xalqı qarşısında cinayət törədən və Azərbaycan xalqı qarşısında günahı olan şəxslər deyil. Onlar eyni zamanda Qarabağın dağlıq hissəsində erməniləri də uzun müddət aldatmaqla məşğul olub, faktiki olaraq öz əllərində girov tutaraq öz maliyyə resurslarının artırıb, onlardan öz şəxsi mənafeləri üçün istifadə ediblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Fevral 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri