Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Sülh Şurasına dəvət olunması göstərir ki... AÇIQLAMA

Azərbaycan Prezidentinin Sülh Şurasına dəvət olunması göstərir ki... AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sülh Şurası təşəbbüsü ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Əsas məqsəd Qəzzada olan problemləri həll etməkdir, amma perspektivdə bu qurumun dünyanın müxtəlif qaynar regionlarında problemlərin həllinə töhfə verməyi nəzərdə tutulur. Eyni zamanda "Sülh Şurası" vasitəsilə ABŞ özünü dünyanın ən qüdrətli "super dövləti" kimi nümayiş etdirmək istəyir".

Bu fikirləri Redaktor.az-a Davosda imzalanan “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədi haqqında danışan politoloq Qəvami Sadiqbəyli bildirdi.

Müsahibimiz əlavə etdi ki, Tramp bu məqsədlə əsas regional liderləri bir masa arxasında toplayaraq yeni güc balansı yaratmaq istəyir:

"Sülh Şurasının fəaliyyət göstərməsi üçün maliyyə bazasının hazırlanması nəzərdə tutulur. Maliyyə bazası dövlətlərin üzvlük haqları vasitəsilə formalaşdırılır; hər bir üzv dövlət 1 milyard ABŞ dolları ödəməlidir. Məsələn, Azərbaycan bu üzvlük haqqını ödəyə bilər. Mənim fikrimcə, Sülh Şurasının yaradılmasında əsas məqsəd Donald Trampın dünyada güclü lider olduğunu göstərməkdir. Digər dövlətlər isə indiki geopolitik vəziyyətdə bu təşəbbüsə hələlik razı olmaq məcburiyyətindədir, çünki ABŞ siyasi, hərbi və maliyyə baxımından hələ də super gücdür. Gələcək perspektivdə Tramp bu Sülh Şurasını BMT-yə paralel bir qurum kimi formalaşdırmaq, onun siyasi və yönəldici gücünü Amerikanın əlində toplamaq və bunu Çinə və Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Digər dövlətlər iqtisadi və hərbi baxımdan nisbətən zəifdirlər. Trampın əsas hədəfi Çini zəiflətməkdir".

Politoloq Donald Trampın İlham Əliyevlə görüşündən də bəhs etdi:

"Davos görüşləri zamanı Tramp yalnız iki liderlə - Ukrayna Prezidenti Volodimir Zelenski və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşüb. Bu görüşlərin əksəriyyəti şəxsi xarakter daşıya bilər. Azərbaycan Prezidentinin Sülh Şurasına dəvət olunması göstərir ki, Bakı artıq Cənubi Qafqazda əsas sabitlik və vasitəçi mərkəzlərindən biri kimi qəbul edilir. Bu proseslər göstərir ki, Azərbaycan artıq passiv müşahidəçi yox, beynəlxalq siyasətin aktiv subyektinə çevrilib".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see196

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see152

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see148

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see134

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri