Icma.az
close
up
RU
Azərbaycan qadınının tarixdən gələcəyə uzanan ləyaqətli yolu

Azərbaycan qadınının tarixdən gələcəyə uzanan ləyaqətli yolu

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, milli iradənin simvolu və dövlətçilik ənənələrinin qoruyucusu kimi çıxış etmişdir. Qədimdən bu günə qədər onun adı yalnız ailə ocağı ilə deyil, həm də Vətənin müdafiəsi, dövlət quruculuğu və cəmiyyətin tərəqqisi ilə yanaşı çəkilmişdir. Azərbaycan xalqının ən qədim yazılı abidələrindən olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazlarının igidlik, sədaqət və müdriklik rəmzi kimi təqdim olunması təsadüfi deyil. Tarixi yaddaşımızda yaşayan Tomrisin cəsarəti, Sara Xatunun diplomatik zəkası, Möminə Xatunun siyasi iradəsi Azərbaycan qadınının minilliklər boyu formalaşmış qüdrətinin canlı ifadəsidir.

Azərbaycan qadını yalnız keçmişin qəhrəmanı deyil, həm də modern dövlətçiliyimizin qurucularından biridir. Şərq dünyasında ilk dəfə qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsi xalqımızın humanist və qabaqcıl düşüncə tərzinin parlaq təzahürüdür. Azərbaycan Xalq Cümhuriyyəti qadınların ictimai-siyasi həyata cəlb olunmasını təmin etməklə yalnız region üçün deyil, dünya miqyasında mütərəqqi addım atdı. Bu tarixi qərar Azərbaycan qadınının cəmiyyətin bərabərhüquqlu üzvü kimi inkişaf yoluna çıxmasının başlanğıcı oldu.
Müstəqil Azərbaycan dövlətində qadına verilən yüksək qiymət məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri kimi formalaşmışdır. Ümummilli lider Heydərə Əliyev qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını dövlət siyasətinin prioritetinə çevirdi, onların liderlik potensialının üzə çıxarılması üçün geniş imkanlar yaratdı. Onun müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi və institusional islahatlar qadınların hüquqlarının müdafiəsini, iqtisadi imkanlarının genişləndirilməsini və ictimai fəallığının artırılmasını təmin edən mühüm addımlarla müşayiət olunur.
Müasir Azərbaycanın ictimai-siyasi həyatında qadınların artan rolu dövlət idarəçiliyində də öz əksini tapır. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar missiyası, mədəni diplomatiya sahəsində fəaliyyəti və sosial təşəbbüsləri ilə Azərbaycan qadınının nüfuzunu beynəlxalq miqyasda yüksəldən parlaq şəxsiyyət kimi tanınır. Onun rəhbərlik etdiyi layihələr milli-mənəvi dəyərlərin qorunmasına, humanizm ideallarının təşviqinə və ölkəmizin “yumşaq güc” potensialının möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan qadını bu gün elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, ordu və dövlət idarəçiliyi daxil olmaqla həyatın bütün sahələrində uğurla təmsil olunur. Statistik göstəricilər qadınların iqtisadi və ictimai fəallığının davamlı artdığını, sahibkarlıqdan parlament təmsilçiliyinə qədər geniş spektrdə mühüm nailiyyətlər əldə etdiyini təsdiqləyir. Bu nailiyyətlər təkcə gender bərabərliyinin hüquqi təminatı deyil, həm də cəmiyyətin qadına verdiyi yüksək dəyərin real təzahürüdür.
Azərbaycan qadını tarixən müdriklik, mərdlik və mənəvi gücün daşıyıcısı olmuşdur. O, ailənin sütunu olmaqla yanaşı, dövlətin inkişafına istiqamət verən fəal vətəndaşdır. Keçmişdən gələn irs, müasir dövrün imkanları və gələcəyə inam Azərbaycan qadınının simasında birləşərək ölkəmizin tərəqqisinin mühüm hərəkətverici qüvvəsinə çevrilmişdir. 8 Mart – Beynəlxalq Qadınlar Günü bu ləyaqətli yolun, bu tarixi missiyanın və bu böyük dəyərin təntənəsidir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, sonsuz sevgi və həyatlarının bütün sahələrində yeni-yeni uğurlar arzulayıram. Qoy Azərbaycan qadınının müdrikliyi, zərifliyi və gücü hər zaman cəmiyyətimizin inkişafına işıq saçsın, ölkəmizin tərəqqisinə ilham versin. 8 Mart – Beynəlxalq Qadınlar Günümüz mübarək!

Elnarə Akimova,

Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri