Icma.az
close
up
RU
​Azərbaycan Özbəkistan Ortaq tarixdən gələcəyə uzanan strateji müttəfiqlik

​Azərbaycan Özbəkistan Ortaq tarixdən gələcəyə uzanan strateji müttəfiqlik

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, qarşılıqlı hörmətə, dərin mənəvi bağlara və xalqlarımız arasında formalaşmış qarşılıqlı rəğbətə əsaslanır. Milli-mədəni inkişafı, dövlətçilik ənənələri və ümumi türk irsi ilə bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan bu gün müstəqil, güclü və suveren dövlətlər kimi münasibətlərini yeni strateji mərhələyə yüksəldirlər.

Bunu "AzPolitika"ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər iki ölkə arasında əlaqələrin mahiyyətini və inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur:

"Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında təbii müttəfiqliyin rəsmi şəkildə möhkəmləndirilməsinə mühüm töhfə verib".

Hüquqi bazanın möhkəmlənməsi və institusional mexanizmlər

Siyavuş Novruzov qeyd edib ki, 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri münasibətlərin strateji əhəmiyyətini daha da gücləndirib: 

"İmzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələrin hüquqi bazasını möhkəmləndirib. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə bu tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib".

İqtisadi tərəfdaşlıq və “Yaşıl Dəhliz”

Komitə sədrinin sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən birini iqtisadi-ticari əməkdaşlıq təşkil edir:

"Hər iki ölkənin iqtisadi potensialı və coğrafi mövqeyi qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar yaradır. Xüsusilə, bərpaolunan enerji sahəsində əməkdaşlıq yeni məzmun kəsb edib. 2025-ci ildə təsis olunmuş “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerjinin ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədi daşıyır".

Mədəni-humanitar bağlar və qardaşlaşmış şəhərlər

Siyavuş Novruzov hesab edir ki, iki ölkə arasında əlaqələr siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmır:

"Ortaq tarix, dil və mədəniyyət humanitar münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Media sektorunda əməkdaşlıq, elmi dairələr və ziyalılar arasında əlaqələr bu tərəfdaşlığın ayrılmaz hissəsidir. Regionlararası əməkdaşlıq çərçivəsində Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşmış şəhər münasibətləri qurulub. Yaxın perspektivdə Naxçıvan və Ürgənc arasında da oxşar addımların atılması nəzərdə tutulur".

Türk dünyasında həmrəylik

Onun fikrincə, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı iki ölkənin Türk dünyasının gələcəyi ilə bağlı ortaq baxışlarını nümayiş etdirir. və Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu birliyin möhkəmləndirilməsi baxımından mühüm hadisə olub.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri