Icma.az
close
up
RU
Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək

Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

“NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində sentyabrın 9-dan 14-dək Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində keçiriləcək.

Azərbaycan Dövlət Kukla Teatrından AZƏRTAC-a bildirilib ki, tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Teatrın yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdirəcəklər.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub. Tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət hasilinə vurğu ön plana çıxır.

Yalquzağın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.

Qeyd edək ki, festival kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği, teatr aləmində yeni adların kəşfi, yaradıcı təcrübə mübadiləsi, eləcə də kukla sənəti rejissor və aktyorlarının peşəkarlıq səviyyəsinin artırılması, birgə yaradıcı layihələrin həyata keçirilməsi və Qazaxıstan kukla teatrı sənətinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Tanınmış teatr mütəxəssislərindən ibarət münsiflər heyəti qarşısında oynanılacaq tamaşalar Manqistau vilayətinin hakiminin xüsusi mükafatı, eləcə də Qran-Pri ilə dəyərləndiriləcəklər.

Həmçinin iştirakçılar “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor ansamblı”, “Ən yaxşı aktyor”, “ Ən yaxşı aktrisa” və “Ən yaxşı kuklacı” nominasiyalarında qalib elan ediləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri