Icma.az
close
up
RU
Azərbaycan qazının Suriyaya nəql edilməsi ölkəmizi Yaxın Şərqdə aparıcı dövlətə çevirir

Azərbaycan qazının Suriyaya nəql edilməsi ölkəmizi Yaxın Şərqdə aparıcı dövlətə çevirir

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Azərbaycan qazının Suriyaya nəql edilməsi ölkəmizi Yaxın Şərqdə aparıcı dövlətə çevirir

Beynəlxalq aləmdə Azərbaycanın ildən-ilə öz mövqeyini möhkəmləndirməsi bütün sahələr üzrə özünü parlaq şəkildə göstərməkdədir. Bu baxımdan avqust ayının 2-də Azərbaycan qazının Suriayaya nəqlinə başlanılması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq etməkdədir. Belə ki, Azərbaycan qazının uzun illər Əsəd rejiminin dağıdıcı təsirlərinə məruz qalan Suriyanın bərpasında iştirak etməsi ölkəmizin enerji ixracatçısı kimi qlobal rolunu daha da möhkəmləndirir. Bütün bunlar isə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq strateji baxımdan da ölkəmizə yeni dividentlər gətirir və bu, beynəlxalq aləmdə də məmnunluqla qarşılanmaqdadır.

Suriyada yeni müvəqqəti hökumətin ölkəni idarə etməyə başlamasından az sonra Azərbaycan adı çəkilən ölkəyə 200 ton humanitar yardım göndərdi və istiqamətdə atılan addımlar hazırda da davam etdirilir. Bu müstəvidə də Azərbaycan-Suriya münasibətlərinin inkişaf etdirilməsində yeni bir mərhələnin başlanğıcı ötən ay Türkiyədə baş tutan Antalya forumunda qoyuldu. Forumda iştirak edən Azərbaycan və Suriyanın prezidentləri arasında keçirilən görüş olduqca məhsuldar oldu. İyulun 12-də Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əhməd Əl-Şaraanın Azərbaycana səfəri və tərəflər arasında imzalanan sazişlərlə, o cümlədən Azərbaycan qazının Suriyaya nəqli barədə razılıqla iki ölkə münasibətlərində strateji tərəfdaşlığın əsasları qoyuldu. Məhz bu baxımdan Azərbaycan qazının qısa müddətdə-avqust ayının 2-də Suriyaya nəqlinə başlanılması ölkəmizin Yaxın Şərq siyasətində yeni mərhələnin başlanılması hesab edilir. Bu, həm də enerji təchizatçısı kimi ölkəmizin mövqeyini daha da gücləndirərək Azərbaycanın bölgədə sülhün və əmin-amanlığın bərpasına töhfə verən önəmli dövlət olduğunu göstərir.

İki ölkə arasında əldə edilən razılığa əsasən ilkin mərhələdə Suriyaya hər gün 3,5-4 milyon kubmetr qaz çatdırılacaq. Bu qaz vasitəsi ilə Hələb şəhərindəki istilik elektrik stansiyasında 1200 meqavat enerji istehsal ediləcək. Bununla da 5 milyon insan gündə 10 saat elektrik enerjisi ilə təmin ediləcək. Yəni Azərbaycan bu yolla suriyalıların evlərini işıqlandırmış olacaq. Buna paralel olaraq Azərbaycan həm də Suriyanın dağıdılmış sənayesinin bərpasında iştirak edəcək.

Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması adı çəkilən ölkədə də sevinclə qarşılanıb. Məsələ ilə bağlı jurnalistlərlə söhbətində Suriyanın energetıka naziri Məhəmməd Əlbəşir deyib ki, bu proses birbaşa Suriya xalqının rifahına və işığın davamlı təminatında önəmli rol oynayaraq ölkələrimiz arasında strateji müttəfiqliyi daha da gücləndirəcək.

Azərbaycan qazının Suriyaya nəqli azərbaycanlı ekspertlər tərəfindən də ölkəmizin enerji siyasəti sahəsində tarixi hadisə kimi dəyərləndirilir. Bununla bağlı millət vəkili Azər Badamov Teleqraf.com-a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti böyük coğrafiyalarda enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CQD) tikintisinə başlayanda bəzi ölkələr bu layihəni perspektivsiz görürdü və iştirak etməkdən çəkinirdi:
“Amma dövlət başçımızın siyasi iradəsi ilə ərsəyə gəlmiş bu layihə böyük bir coğrafiya üçün çox əhəmiyyətli və alternativsiz layihəyə çevrildi. Belə ki, 2020-ci ilin dekabrında istismara verilən CQD Xəzər dənizində istehsal olunan qazı 13 ölkəyə, o cümlədən 10-u Avropa olmaqla, 8 Avropa İttifaqına daxil ölkələrə ixrac etməyimizə yol açdı. Dünyada baş verən proseslər qazımıza tələbatı daha da artırırdı və ölkə başçımızın siyasi iradəsi ilə ərsəyə gələn beynəlxalq layihələr böyük coğrafiyalar üçün çox əhəmiyyətli layihələrə çevrildi”.

Millət vəkili qeyd edib ki, "bu həm də Əsəd rejimi dövründə ermənipərəst siyasəti yürütdüyünə görə uzun illər tarixi minimuma enmiş Azərbaycan -Suriya münasibətlərinin inkişafında açılan yeni səhifənin başlanğıcıdır. Azərbaycan və Türkiyə Suriyanın yanındadır. Biz birlikdə ölkənin yenidən qurulması və bərpasına töhfələr veririk”.

Politoloq İlyas Hüseynov isə Azərbaycan qazının Suriyaya ixracını ölkəmizin regional və qlobal siyasətdə aparıcı oyunçuya çevirilməsi kimi dəyərləndirib. O, bu istiqamətdə Cənab Prezidentin rəhbərliyi altında atılan addımların ölkəmizə geosiyasi üstünlüklər qazandırdığını söyləyib.

Beləliklə Azərbaycan qazının Suriyaya nəqlinə başlanılması ölkəmizin beynəlxalq aləmdə etibarlı enerji təchizatçısına çevrildiyini bir daha təsdiq edir. Hazırda ölkəmiz Suriya da daxil olmaqla dünyanın 13 ölkəsinə mavi yanacaq ixrac edir. Buraya Azərbaycanın Suriya ilə İsrail arasında aparılan danışıqlar üçün əmin-amanlıq mərkəzinə çevrildiyini də əlavə edəndə bunu ölkəmizin Yaxın Şərq siyasətində yeni bir dövrün başlanması hesab etmək olar. Bütün bunların isə ölkəmizə əlavə olaraq həm iqtisadi, həm siyasi, həm də strateji dividentlər gətirəcəyi şübhə doğurmur.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 04 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri