İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
İsrail ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Yaxın Şərqdə hegemon olmağa qadirdir.
Reyting.az xəbər verir ki, bunu “Washington Post” qəzeti yazıb.
Qeyd edilir ki, Tramp özünü gərgin bölgəni sabitləşdirmək və müharibələrə son qoymaq niyyətində olan “sülh adamı” və “iş adamı” kimi göstərsə də, onlardan birini seçməli olacaq.
Qəzet hesab edir ki, Amerika prezidentinin köməkliyi ilə yəhudi dövləti Yaxın Şərqdə açıq-aşkar hegemon olacaq.
Bundan əvvəl “ABC News” xəbər vermişdi ki, Vaşinqtonun İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması ilə bağlı qərar yaxın 24-48 saat ərzində verilə bilər.
İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, yəhudi dövlətinin rəsmiləri də ABŞ-nın İsrail əməliyyatında iştirak etməyə yaxın olduğunu düşünürlər.
ELÇİN

Yaxın Şərqdə sabitlik axtarışı: Bakı Suriya ilə İsrail arasında dialoq meydanına çevrilir ŞƏRH
17 Sentyabr 2025 16:00
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi İSRAİL
18 Aprel 2025 17:21
Azərbaycan yaxın və orta Şərqdə aparıcı oyunçulardan birinə çevrilir AÇIQLAMA
05 Avqust 2025 17:46
Yaxın Şərqdə atəşkəs: İsrail ordusu geri çəkilir?
26 Noyabr 2024 17:21
Yaxın Şərqdə ölən İsrail hərbçilərinin sayı artıb
20 Noyabr 2024 15:53

