Icma.az
close
up
RU
Azərbaycanın Suriyaya qaz ixracı: Yaxın Şərqdə yeni enerji mərhələsi TƏHLİL

Azərbaycanın Suriyaya qaz ixracı: Yaxın Şərqdə yeni enerji mərhələsi TƏHLİL

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanın Suriyaya qaz ixracına başlaması beynəlxalq aləmdə diqqət çəkib. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisə sayılır. Söhbət təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan da tarixi bir hadisədən gedir.

Müharibədən çıxmış və infrastruktur baxımından zəifləmiş Suriya üçün enerji təchizatı nöqteyi-nəzərindən bu addım Azərbaycanın qarşısında hansı perspektivləri aça bilər?

Bununla yanaşı, bu təşəbbüs Azərbaycanın beynəlxalq mövqeyi və enerji siyasəti baxımından hansı imkanlara yol aça bilər?

Gununsesi.info-ya Milli Məclisin deputatı Tural Gəncəliyev vurğulayıb ki, bu hadisə təkcə Azərbaycanın enerji siyasəti baxımından deyil, həm də regional və qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir:

“Çünki uzun illər ərzində Suriya üzərində enerji təhlükəsizliyi müxtəlif qüvvələrin əlində bir manipulyasiya alətinə çevrilmişdi.

PKK/PYD terrorçu qruplaşmaları Fərat çayının şərq sahilindəki enerji mənbələrinə nəzarət edərək Suriyanı enerji təminatından məhrum etmişdilər. Halbuki bu ölkə yaxın Şərqdə yerləşən və enerji resurslarına malik bir dövlət olaraq sabit qaz istehlakına tam potensiala malik idi. Lakin illərdir davam edən müharibə, infrastrukturun dağılması və xarici müdaxilələr bu imkanı əlindən almışdı.

Bu çətin vəziyyətdə Azərbaycanın yardım əlini uzatması Suriya üçün enerji təhlükəsizliyi baxımından mühüm bir dönüş nöqtəsidir. Azərbaycanın belə bir ağır durumda olan, qaz istehlakından illərlə məhrum edilmiş və infrastrukturu viran qalmış bir ölkəyə dəstək göstərməsi humanist və strateji addım kimi qiymətləndirilə bilər”.

Deputat bildirib ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və prinsipial qərarı həlledici rol oynayır:

“İndiyədək Azərbaycan qazının əsas ixrac marşrutu Türkiyə üzərindən Avropaya yönəlmişdi və bu, Qərb dövlətlərinin, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə hesab edilirdi. Lakin bu dəfə Azərbaycanın diqqətini Yaxın Şərqə yönəltməsi ölkəmizin strateji düşüncəyə və geniş geosiyasi baxışa malik olduğunu bir daha nümayiş etdirir.

Yaxın Şərq böyük enerji resurslarına malik olsa da, uzun illərdir münaqişələr və müharibələr nəticəsində enerji infrastrukturunu itirib. Belə bir bölgəyə Azərbaycan kimi sabit, etibarlı enerji təchizatçısının daxil olması həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu addım Azərbaycanın təkcə Avropada deyil, Yaxın Şərqdə də oyun dəyişdirən aktor olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Cənub Qaz Dəhlizi əsasən Şərqi Aralıq dənizi və Adriatik dənizi istiqamətinə yönəlib. Lakin Suriyaya qaz ixracı yeni bir marşrutun – Yaxın Şərq marşrutunun – mümkünlüyünü göstərir. Bu isə Azərbaycanın gələcəkdə təkcə enerji sahəsində deyil, həm də siyasi, iqtisadi və hətta hərbi sahələrdə Yaxın Şərqdə nüfuzunu artırmaq potensialına malik olduğunu sübut edir.

Yaxın Şərq dünyanın siyasi və hərbi baxımdan ən həssas bölgələrindən biridir. Azərbaycan bu regionda aktiv iştirak etməklə yalnız enerji sahəsində deyil, həm də regional sabitlik və təhlükəsizlik baxımından qlobal aktor statusunu gücləndirir. Suriyaya qaz ixracı bu baxımdan təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan bir addımdır”.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz ixracına başlaması regionda yeni enerji əməkdaşlığı səhifəsi açır:

“Bu addım təkcə iqtisadi maraqlarla deyil, humanitar və strateji yanaşma ilə atılıb. Müharibədən çıxmış bir ölkəyə enerji dəstəyi göstərmək, eyni zamanda regionda sabitliyin bərqərar olmasına töhfə vermək deməkdir. Azərbaycan bu addımı ilə enerji siyasətini təkcə sərvət ötürmək deyil, həm də sabitlik ixrac etmək kimi təqdim edir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada məsuliyyətli tərəfdaş imicini möhkəmləndirir.

Suriyanın enerji bazarına çıxış, Azərbaycanın ixrac coğrafiyasını genişləndirir. Bu əməkdaşlıq gələcəkdə infrastruktur, kommunikasiya və bərpa layihələrinə yeni imkanlar aça bilər. Azərbaycan öz təbii sərvətlərini yalnız iqtisadi gəlir məqsədilə deyil, həm də siyasi dialoq aləti kimi istifadə edir”.

Deputat əlavə edib ki, Suriyaya qaz ixracı Cənubi Qafqazdan Orta Şərqə enerji körpüsü rolunu oynaya bilər:

“Bu proses enerji marşrutlarının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Beynəlxalq ictimaiyyətin diqqəti bu əməkdaşlığa yönəlməsi Azərbaycanın xarici siyasətinə əlavə güc qazandırır. Biz enerji vasitəsilə yeni diplomatik pəncərələr açırıq. Suriya ilə bu əməkdaşlıq həm də Azərbaycanın balanslı xarici siyasətinin nəticəsidir. Azərbaycanın enerji sahəsində artan nüfuzu, onu təkcə istehsalçı deyil, həm də sabitlik təminatçısı kimi tanıdır. Bu qərar uzunmüddətli regional inteqrasiyanın başlanğıcı ola bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri