Icma.az
close
up
RU
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyev, 13 iyun, AZƏRTAC

Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qəhrəman uşaqlar” şüarı adı altında keçirilən tədbirdə bu ölkənin daxili işlər naziri İqor Klimenko, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Azərbaycanın Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri polis polkovniki Şahin Qocayev və SOCAR-ın bu ölkədəki nümayəndələri iştirak ediblər.

Ukraynanın daxili işlər naziri İqor Klimenko çıxışında qeyd edib ki, qəhrəmanlığın yaşı olmur: “Biz sizinlə fəxr edirik, Sizin qəhrəmanlığınız ona dəlalət edir ki, Ukrayna xalqının parlaq gələcəyi var. Dövlətimiz sizin kimi qəhrəman uşaqlarla daha da inkişaf edəcək”.

Ukraynalı qəhrəman uşaqlar üçün bu əlamətdar və ləyaqətli mükafatlandırma mərasimində iştirak etməkdən məmnunluğunu bildirən səfir Seymur Mərdəliyev bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan dost Ukrayna xalqına humanitar yardım göstərməyə başlayıb və onu ardıcıl olaraq genişləndirib. Azərbaycan Ukraynanın yenidənqurma, minatəmizləmə və enerji layihələrinə kömək edir.

“Lakin yardımımızın ən vacib sahələrindən biri də Azərbaycanda ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasıdır. Artıq valideyn himayəsindən məhrum olan 630 ukraynalı uşaq hökumətimiz tərəfindən tam maliyyələşdirilən yüksəkkeyfiyyətli reabilitasiya xidmətləri alıb. Bu sahədə Azərbaycan və Ukrayna Daxili İşlər nazirlikləri arasında intensiv əməkdaşlıq mövcuddur”, - deyə səfir əlavə edib.

Sonra İqor Klimenko səfir Seymur Mərdəliyevlə söhbətində ağır və çətin gündə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Tədbirin sonunda qəhrəmanlıq göstərən uşaqlar mükafatlandırılıb, həmçinin Azərbaycan dövləti adından hədiyyələr təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri