Icma.az
close
up
RU
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib.
Demokrat.az
AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qəhrəman uşaqlar” şüarı adı altında keçirilən tədbirdə bu ölkənin daxili işlər naziri İqor Klimenko, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Azərbaycanın Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri polis polkovniki Şahin Qocayev və SOCAR-ın bu ölkədəki nümayəndələri iştirak ediblər.
Ukraynanın daxili işlər naziri İqor Klimenko çıxışında qeyd edib ki, qəhrəmanlığın yaşı olmur: “Biz sizinlə fəxr edirik, Sizin qəhrəmanlığınız ona dəlalət edir ki, Ukrayna xalqının parlaq gələcəyi var. Dövlətimiz sizin kimi qəhrəman uşaqlarla daha da inkişaf edəcək”.
Ukraynalı qəhrəman uşaqlar üçün bu əlamətdar və ləyaqətli mükafatlandırma mərasimində iştirak etməkdən məmnunluğunu bildirən səfir Seymur Mərdəliyev bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan dost Ukrayna xalqına humanitar yardım göstərməyə başlayıb və onu ardıcıl olaraq genişləndirib. Azərbaycan Ukraynanın yenidənqurma, minatəmizləmə və enerji layihələrinə kömək edir.
“Lakin yardımımızın ən vacib sahələrindən biri də Azərbaycanda ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasıdır. Artıq valideyn himayəsindən məhrum olan 630 ukraynalı uşaq hökumətimiz tərəfindən tam maliyyələşdirilən yüksəkkeyfiyyətli reabilitasiya xidmətləri alıb. Bu sahədə Azərbaycan və Ukrayna Daxili İşlər nazirlikləri arasında intensiv əməkdaşlıq mövcuddur”, - deyə səfir əlavə edib.
Sonra İqor Klimenko səfir Seymur Mərdəliyevlə söhbətində ağır və çətin gündə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Tədbirin sonunda qəhrəmanlıq göstərən uşaqlar mükafatlandırılıb, həmçinin Azərbaycan dövləti adından hədiyyələr təqdim edilib.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri