İbrahim Əliyev Premyer Liqaya qayıdır
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Şəfa”da qalmaq planlarım var idi. Lakin Elgiz Kərəmli getdikdən sonra yeni gələn məşqçilərlə baxışlarımız üst-üstə düşmədi. Buna görə də komandadan ayrılmağı daha düzgün addım hesab etdim. Qarşılıqlı razılıq əsasında ayrıldım”.
Bu sözləri “Şəfa”nın sabiq futbolçusu İbrahim Əliyev deyib.
Əliyev ötən mövsümə “İmişli”də başladığını, daha sonra isə “Şəfa”ya keçdiyini xatırladıb və bu mərhələlərin onun karyerasında önəmli təcrübə olduğunu vurğulayıb.
“Ötən mövsümə “İmişli” ilə başlamışdım. Orada yaxşı təcrübə qazandım. Daha sonra qış transfer dönəmində “Şəfa”ya keçdim. Səviyyə baxımından elita Birinci Liqadan qat-qat üstündür. Amma eyni zamanda meydançalar və komandaların oyun üslubu baxımından Birinci Liqanın öz çətinlikləri mövcuddur. Ona görə də “Şəfa” da mənim üçün yaxşı təcrübə oldu”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.
Futbolçu yeni mövsümlə bağlı planlarına da toxunub və elitaya dönüşün artıq yaxın olduğunu bildirib:
“Bu il yenidən Premyer Liqada çıxış edəcəyəm. Artıq bir neçə klubla danışıqlar aparmışam. Transfer prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Yaxın günlərdə hansı klubda oynayacağım rəsmən açıqlanacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















