Azərbaycan Qlobal İnnovasiya İndeksində 9 pillə irəliləyib
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, 139 ölkənin yer aldığı reytinqdə Azərbaycan 85-ci pillədə qərarlaşıb və ötən illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.
Qİİ 80 indikator əsasında hazırlanıb və ölkələrin innovasiya potensialı, nəticələri, institusional mühiti, insan kapitalı, infrastruktur, bazar və biznes imkanlarını qiymətləndirir.
Reytinqə İsveçrə başçılıq edir. İlk beşlikdə İsveç, ABŞ, Cənubi Koreya və Sinqapur yer alıb.
Azərbaycanın innovasiya resursları üzrə nəticəaltı indeksi 65-ci, innovasiya nəticələri üzrə göstəricisi isə 109-cu olub. Ölkənin bu iki göstəricisi arasında 44 pillə fərq yaranıb. Hesabatda bu fərqin innovasiya potensialının praktiki nəticələrə çevrilməsi ilə bağlı uyğunsuzluğu göstərdiyi qeyd edilir.
Azərbaycanın güclü tərəfləri sırasında sahibkarlıq siyasəti və mədəniyyəti, biznes siyasətinin sabitliyi, orta məktəbdə şagird-müəllim nisbəti, elm və texnika sahələri üzrə məzunlar, klasterlərin inkişafı, universitet-sənaye əməkdaşlığı, elmi-texniki məqalələr, mənşə üzrə patentlər və startapların maliyyələşdirilməsi göstərilib.
Hesabata əsasən, Azərbaycanın gücləndirilməli sahələri sırasında startapların yaradılması, elmi kadrlar, vençur kapitalının əldə edilməsi, biznes tərəfindən həyata keçirilən elmi-tədqiqat işləri, yaradıcı məhsulların ixracı və birbaşa xarici investisiyaların xalis daxilolması da yer alıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 30 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















