Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azərbaycan qlobal iqtisadi çağırışların önünə çıxıb

Azərbaycan qlobal iqtisadi çağırışların önünə çıxıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ölkəmiz Avrasiya məkanının önəmli nəqliyyat və enerji qovşağıdır

Strateji coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları, müasir nəqliyyat-kommunikasiya infrastrukturu və çevik xarici iqtisadi siyasəti Azərbaycanı Avrasiya məkanının mühüm nəqliyyat-logistika və enerji qovşaqlarından birinə çevirib. Bu amillərin vəhdəti ölkəmizə qlobal iqtisadi layihələrdə fəal iştirak etməklə yanaşı, bir sıra regional və transmilli təşəbbüslərin təşəbbüskarı, formalaşdırıcısı və aparıcı iştirakçısı kimi çıxış etmək imkanı yaradıb.

Bu gün Azərbaycan təkcə öz iqtisadi potensialını beynəlxalq əməkdaşlıq müstəvisində reallaşdıran dövlət deyil, həm də müxtəlif coğrafiyaları, bazarları və iqtisadi sistemləri birləşdirən layihələrin həyata keçirilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Azərbaycanın son 23 ildə iqtisadi inkişaf strategiyasının səciyyəvi xüsusiyyətlərindən biri milli inkişaf prioritetlərinin beynəlxalq əməkdaşlıq təşəbbüsləri ilə uzlaşdırılması olub.

Ölkəmiz regional enerji və nəqliyyat layihələrində iştirak etməklə kifayətlənməyib, müxtəlif dövlətləri, beynəlxalq maliyyə institutlarını, transmilli şirkətləri və özəl investorları bir araya gətirən iqtisadi platformaların formalaşmasına da mühüm töhfə verib. Bununla da respublikamız beynəlxalq əməkdaşlıqda təkcə təbii sərvətləri və tranzit imkanları ilə deyil, həm də ortaq iqtisadi maraqların müəyyənləşdirilməsində, layihələrin hazırlanmasında, maliyyələşdirilməsində və həyata keçirilməsində nümayiş etdirdiyi təşəbbüskarlıqla seçilib.

Bu strategiyanın mühüm üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini ayrı-ayrı layihələrin çərçivəsi ilə məhdudlaşdırmayaraq, onları uzunmüddətli milli inkişaf məqsədlərinin tərkib hissəsinə çevirib. Belə yanaşma ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi baxımından mühüm nəticələr doğurub.

Regional təşəbbüslərin qlobal əməkdaşlığa töhfəsi

Azərbaycanın qlobal iqtisadi layihələrdə iştirakının uğurlu modelinin formalaşmasında Bakı – Tbilisi – Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı – Tbilisi – Qars dəmir yolu kimi irimiqyaslı təşəbbüslər xüsusi yer tutur. Bir neçə ölkənin iştirakı ilə reallaşdırılan bu layihələr uzunmüddətli siyasi razılaşmalar, böyük həcmli investisiyalar, mürəkkəb texniki həllər və müxtəlif tərəflərin iqtisadi maraqlarının uzlaşdırılmasını tələb edirdi. Azərbaycan bütün bu proseslərdə fəal iştirak etməklə regional əməkdaşlığın yeni modelini formalaşdırdı və özünün beynəlxalq iqtisadi nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəmərinin inşası Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün alternativ marşrut yaratdı. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bu strateji infrastruktur layihəsi Azərbaycanın neft ixracı imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu da gücləndirdi. Layihənin əhəmiyyəti yalnız enerji resurslarının nəqlindən ibarət deyildi. O, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-siyasi əməkdaşlığın dərinləşməsinə, regionda yeni investisiya mühitinin formalaşmasına və Xəzər hövzəsinin beynəlxalq enerji bazarlarına daha sıx inteqrasiyasına şərait yaratdı.

Sonrakı mərhələdə Cənub Qaz Dəhlizinin yaradılması Azərbaycanın enerji siyasətində yeni keyfiyyət mərhələsi oldu. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrini birləşdirən bu nəhəng enerji infrastrukturu Xəzər qazının Avropa bazarlarına çatdırılmasını təmin etdi. Bununla da Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə, alternativ mənbələrin və marşrutların inkişafına mühüm töhfə verən ölkələrdən birinə çevrildi.

Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu layihə enerji təhlükəsizliyinin milli təhlükəsizlik və geosiyasi sabitliklə birbaşa bağlı olduğunu nümayiş etdirən mühüm beynəlxalq əməkdaşlıq nümunəsidir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi Avropa ilə iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına və ölkəmizin beynəlxalq enerji dialoqunda rolunun güclənməsinə xidmət edir.

Bakı – Tbilisi – Qars dəmir yolu isə Azərbaycanın nəqliyyat-logistika strategiyasının mühüm sütunlarından biridir. Tarixi İpək Yolunun müasir dəmir yolu infrastrukturu vasitəsilə bərpasına xidmət edən bu layihə Asiya ilə Avropa arasında yükdaşımaların sürətlənməsi, tranzit imkanlarının genişlənməsi və regional ticarət əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Dəmir yolu xətti Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa nəqliyyat şəbəkəsinə birləşdirərək ölkəmizin beynəlxalq tranzit mövqeyini daha da möhkəmləndirib.

Bu layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi suverenliyinin və beynəlxalq mövqelərinin güclənməsinə də mühüm təsir göstərib. Ölkəmiz regionun enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə və beynəlxalq logistika sisteminin mühüm qovşağına çevrilib.

Orta Dəhliz Azərbaycanın mövqeyini gücləndirir

Əvvəlki layihələrdən əldə edilən təcrübə və ölkənin formalaşdırdığı etibarlı tərəfdaş imici sonrakı mərhələdə Azərbaycan qarşısında yeni strateji imkanlar açıb. Bu imkanların ən mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafıdır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya birləşdirir. Qlobal ticarətdə alternativ və etibarlı nəqliyyat marşrutlarına tələbatın artdığı indiki şəraitdə bu dəhlizin əhəmiyyəti getdikcə yüksəlir. Xüsusilə beynəlxalq təchizat zəncirlərində yaranan fasilələr, geosiyasi gərginliklər və ənənəvi nəqliyyat marşrutlarının üzləşdiyi çətinliklər Orta Dəhlizin strateji əhəmiyyətini artıran amillərdir.

Bu marşrutun inkişafında Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, son illərdə yaradılan müasir nəqliyyat infrastrukturu da mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri vahid nəqliyyat sisteminin formalaşmasına xidmət edir. Xüsusilə Bakı Limanının ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal logistika həllərinin tətbiq olunması və gömrük prosedurlarının təkmilləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldir.

Azərbaycanın bu istiqamətdəki fəaliyyəti tranzit gəlirlərinin artırılmasını şərtləndirməklə bərabər, beynəlxalq ticarət və logistika əməliyyatlarının təşkilinə müsbət təsir göstərir, eyni zamanda, yük axınlarının idarə olunması, regional istehsal və distribusiya zəncirlərinin formalaşdırılması baxımından ölkəni mühüm mərkəzə çevirir. Beləliklə, tranzit imkanlarının genişlənməsi qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına, xidmət ixracının artmasına və respublikaya əlavə investisiyaların cəlb edilməsinə də şərait yaradır.

“Yaşıl” enerji layihələri yeni hədəflər açır

Azərbaycanın qlobal iqtisadi layihələrdə iştirakının digər mühüm istiqaməti bərpaolunan enerji potensialının beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmasıdır. Ölkənin zəngin Günəş və külək enerjisi ehtiyatları, Xəzər dənizinin böyük külək potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji imkanları bu sahədə geniş perspektivlər yaradır.

Son illər Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafına yönələn layihələrin genişləndirilməsi enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xarici investorların, beynəlxalq enerji şirkətlərinin və maliyyə institutlarının bu prosesə cəlb edilməsi ölkənin “yaşıl” enerji sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarını artırır. Məsələn, Azərbaycan – Gürcüstan – Rumıniya – Macarıstan istiqamətində nəzərdə tutulan “yaşıl” enerji dəhlizi xüsusi əhəmiyyətə malikdir. Xəzər dənizinin külək enerjisi potensialından istifadə etməklə istehsal ediləcək elektrik enerjisinin Qara dənizin dibi ilə planlaşdırılan sualtı kabel vasitəsilə Avropa bazarlarına çatdırılması ideyası Azərbaycanın enerji ixracı coğrafiyasını genişləndirmək baxımından strateji önəm daşıyır.

Bu təşəbbüsün reallaşması ilə Azərbaycanın ənənəvi enerji ixracatçısından bərpaolunan enerji istehsalçısı və ixracatçısına çevrilməsi gözlənilir. Eyni zamanda, layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və “yaşıl” iqtisadiyyata keçid məqsədlərinə xidmət edir.

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın enerji siyasəti artıq yalnız karbohidrogen ehtiyatlarının hasilatı və ixracı ilə məhdudlaşmır. Ölkə ənənəvi enerji sektorunda formalaşdırdığı təcrübəni yeni texnologiyalar, alternativ enerji mənbələri və beynəlxalq elektrik enerjisi ticarəti ilə əlaqələndirməyə çalışır.

Rəqəmsal bağlantılar və qlobal iqtisadi inteqrasiya

Qlobal iqtisadiyyatın transformasiyası nəqliyyat və enerji infrastrukturu ilə bərabər, rəqəmsal bağlantıların da strateji əhəmiyyətini artırıb. Müasir dövrdə məlumatların sürətli və təhlükəsiz ötürülməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və informasiya texnologiyalarının iqtisadi proseslərə inteqrasiyası dövlətlərin beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir.

Bu baxımdan, Azərbaycanın regional rəqəmsal hab kimi formalaşması istiqamətində həyata keçirdiyi təşəbbüslər xüsusi diqqətə layiqdir. Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi, Avropa və Asiya arasında rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi və ölkənin beynəlxalq informasiya-kommunikasiya şəbəkələrinə inteqrasiyasının gücləndirilməsi bu strategiyanın mühüm tərkib hissəsidir.

“Digital Silk Way” təşəbbüsü çərçivəsində nəzərdə tutulan rəqəmsal bağlantılar Azərbaycanın coğrafi üstünlüklərini müasir texnologiyaların imkanları ilə birləşdirmək baxımından əhəmiyyətlidir. Belə layihələr yalnız internet trafikinin ötürülməsi üçün yeni marşrutların yaradılmasına deyil, həm də rəqəmsal iqtisadiyyatın, elektron ticarətin, bulud texnologiyalarının, məlumat mərkəzlərinin və innovativ xidmətlərin inkişafına təkan verir.

Rəqəmsal infrastrukturun genişlənməsi respublikanın beynəlxalq iqtisadi əlaqələrində yeni əməkdaşlıq formatlarının yaranmasına da şərait yaradır. Çünki müasir dövrdə iqtisadi inteqrasiya artıq yalnız malların, xammalın və enerji resurslarının hərəkəti ilə məhdudlaşmır. Məlumat axınları, rəqəmsal platformalar və texnoloji həllər də getdikcə qlobal iqtisadi əlaqələrin ayrılmaz hissəsinə çevrilir.

Buna görə də Azərbaycanın rəqəmsal bağlantı layihələrində iştirakı ölkənin gələcək iqtisadi inkişafı üçün əlavə imkanlar formalaşdırır. Rəqəmsal tranzit xidmətlərinin inkişafı, texnoloji investisiyaların cəlb edilməsi və regional informasiya mübadiləsində ölkənin rolunun davamlı şəkildə artması qeyri-neft sektorunun genişlənməsinə də müsbət təsir göstərir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri