Azərbaycan qlobal iqtisadi qərarların müzakirəsində fəal iştirak edir
Icma.az, Reyting.az saytına istinadən bildirir.
“Davosda keçirilən Dünya İqtisadi Forumu son onilliklərdə dünya liderlərinin toplaşdığı, xüsusilə qlobal iqtisadi gələcəklə bağlı müzakirələrin aparıldığı və mühüm qərarların qəbul edildiyi nüfuzlu platformadır. Bu forumda təkcə dövlət və hökumət başçıları deyil, eyni zamanda dünyanın aparıcı transmilli şirkətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələri də iştirak edirlər. Aparılan müzakirələr nəticəsində qlobal iqtisadi siyasətin əsas istiqamətləri müəyyənləşdirilir. Azərbaycanın belə bir mötəbər forumda yüksək səviyyədə iştirakı məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu iştirak ölkəmizin dünya iqtisadiyyatının gələcəyi ilə bağlı qəbul edilən qərarlarda təmsil olunduğunu göstərir”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında siyasi təhlilçi Oqtay Qasımov Dünya İqtisadi Forumunun əhəmiyyəti və Azərbaycanın bu tədbirdə iştirakının nəticələrini şərh edərkən bildirib.
O. Qasımov qeyd edib ki, Azərbaycan dövlətinin Dünya İqtisadi Forumunda iştirakı və bunun ölkəmizə qazandırdığı üstünlüklər xüsusi diqqətə layiqdir. Onun sözlərinə görə, Azərbaycan bu forumda davamlı və sistemli şəkildə təmsil olunur: “Bu platforma Azərbaycan üçün mühüm müzakirə imkanları yaradır. Forum çərçivəsində Azərbaycan Prezidenti müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşür, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Eyni zamanda müxtəlif panellərdə çıxış edərək, beynəlxalq media ilə ünsiyyətdə Azərbaycanın mövqeyini və reallıqlarını dünya ictimaiyyətinə çatdırır”.
Oqtay Qasımov
Siyasi təhlilçi vurğulayıb ki, forumun ən mühüm tərəflərindən biri də dünyanın aparıcı şirkətləri və maliyyə qurumları ilə birbaşa əlaqələrin qurulmasıdır: “Bu görüşlər zamanı Azərbaycanın iqtisadi potensialı təqdim olunur, investisiya mühiti izah edilir və xarici investorlar üçün stimullar formalaşdırılır. Nəticədə bir sıra iri şirkətlər Azərbaycan iqtisadiyyatına sərmayə yatırır və ya uzunmüddətli əməkdaşlığın əsası qoyulur. Bu isə ölkənin iqtisadi inkişafına mühüm töhfə verir”.
O. Qasımov əlavə edib ki, hazırda Azərbaycanın iqtisadi göstəriciləri müsbət saldo ilə xarakterizə olunsa da, dövlət iri beynəlxalq şirkətlərin və xarici dövlətlərin ölkə iqtisadiyyatına investisiya yatırmasında maraqlıdır:
“Bu yanaşma uzunmüddətli və dayanıqlı iqtisadi inkişaf baxımından olduqca əhəmiyyətlidir”.
Siyasi təhlilçinin sözlərinə görə, Azərbaycan xüsusilə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş tarixi ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir:
“Bu layihələrin icrası böyük maliyyə resursları tələb edir. Dünya İqtisadi Forumu çərçivəsində aparıcı şirkətlərin nümayəndələri ilə keçirilən görüşlər, bu ərazilərdə həyata keçirilən layihələrlə bağlı təqdimatlar və investorların prosesə cəlb olunması həm Azərbaycanın, həm də sərmayə yatıran şirkətlərin maraqlarına cavab verir”.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 21 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















