“Azərbaycan qonşu ölkələrlə münasibətlərdə praqmatik mövqe sərgiləyir” ŞƏRH
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə, həmçinin münaqişədən sonrakı mərhələdə, yəni ölkəmizin suverenliyinin bərpa olunduğu zaman kəsiyində biz ölkəmizə qarşı yaxın qonşuluq və dostluq münasibətlərini əks etdirməyən bəyanatların və açıqlamaların şahidi olmuşuq”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib:
“İranda müəyyən dairələr var ki, onlar iki qonşu ölkə arasında mədəni yaxınlığa heç zaman önəm verməyərək, əslində bölgədə özlərinin elan etdiyi prinsiplərə tamamilə zidd fəaliyyət göstəriblər. Şübhəsiz ki, bu qəbildən olan informasiya axını, ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının müxtəlif formalarda, üçüncü dövlətlərin iştirakı ilə davam etdirilməsi cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilib. Lakin bütün bunların fonunda Azərbaycan özünün dostluq münasibətini heç zaman əsirgəməyib.
Yəni, prinsip etibarilə Azərbaycanın yanaşmasında emosional amillər deyil, bəzi hallarda İran tərəfindən səslənən mübaliğəli və bəlağətli bəyanatlardan fərqli olaraq, praqmatik yanaşma üstünlük təşkil edib. Bu praqmatik yanaşma uzun illər ərzində iki ölkə arasındakı münasibətlərin sabit məcrada inkişafı üçün geniş imkanlar yaradıb. Praktik olaraq sərgilənən davranış da dövlətimiz tərəfindən dövlətlərarası münasibətlərdə siyasi əxlaq nümunəsi kimi qəbul oluna bilər. Hesab edirəm ki, məhz bu davranışlar bir çoxları üçün örnək ola bilər”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 09 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















