Icma.az
close
up
RU
Azərbaycan Qran Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

Azərbaycan Qran Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində azarkeşlər üçün müxtəlif əyləncə tədbirləri təşkil olunacaq.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, yarış həftəsonu ərzində Bakı Bulvarında Fan-zona fəaliyyət göstərəcək. Burada F1 yarış simulyatoru və pit-stop yarışı, həmçinin müxtəlif idman və əyləncə proqramları keçiriləcək.

Azarkeşlər Formula 1 nümayiş bolidini və FIA Formula 1 dünya çempionatının kubokunu da görə biləcəklər. Həmçinin F1 Pilotu ilə selfi, F1 DJ podiumu və digər interaktiv fəaliyyətlər təşkil olunacaq.

Fan-zonada “Ninja Çağırışı” və ziplayn kimi əyləncələr də olacaq. Uşaqlar üçün isə mini elektrik avtomobilləri ilə yarış, akvaqrim, yaradıcılıq üzrə masterklasslar və müxtəlif batutlar nəzərdə tutulub.

Qran-Prinin proqramına pilotlarla görüşlər də daxildir. Fan-forumlar çərçivəsində pilotlar və komandaların nümayəndələri azarkeşlərin suallarını cavablandıracaqlar. Bundan əvvəl isə pilotların təqdimatı keçiriləcək.

Gün ərzində yarış ərazisində milli rəqslər, zərb alətləri və müxtəlif səyyar şoular nümayiş etdiriləcək. Fan-zonanın səhnəsində DJ Pancho, Maya Aziz, Nikolas Mun, Nazreen, Tim, Vugarixx, Excellent Band və Mardan Band çıxış edəcəklər.

Trekdəki tədbirlər başa çatdıqdan sonra musiqili proqram Bakı Kristal Zalında davam edəcək. Sentyabrın 24-də Kalvin Harris, sentyabrın 25-də isə Keti Perri səhnəyə çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri