Icma.az
close
up
RU
Azərbaycan güclü mövqe tutmaq üçün çöx böyük səylər göstərir

Azərbaycan güclü mövqe tutmaq üçün çöx böyük səylər göstərir

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Qlobal düzənin yenidən formalaşmasının qaçılmaz olduğu artıq hər kəs tərəfindən qəbul edilir. Dünya dövlətləri artıq köhnəlmiş, öz missiyasını tamamlamış qlobal sistemin şərtləri çərçivəsində fəaliyyət göstərmək niyyətində deyillər. Ölkələr beynəlxalq iqtisadi və siyasi münasibətlərdə ikitərəfli əlaqələrə, xüsusilə önəm verməyə başlayıblar. Milli maraqların və milli təhlükəsizliyin qorunması, ənənəvi dəyərlərə sadiqlik getdikcə aktuallığını artırır. Bu mənada martın 13-15-də paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu və orada müzakirə olunan məsələlər qlobal problemləri əhatə edir. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusu həm də aparıcı beyin mərkəzlərinin müraciət etdiyi məsələlərdəndir. Foruma hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı tədbirin samballılığından, siyasi çəkisindən xəbər verir. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətini, müzakirə olunan məsələlərin dünya üçün vacibliyini ətraflı izah edib”. 

Bunu Modern.az açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, XII Qlobal Bakı Forumun iştirakçılar qlobal gündəlikdə duran məsələlər barədə öz düşüncələrini, mövqelərini açıqladılar: “Dünyada müşahidə olunan müharibələr, münaqişələr, siyasi çəkişmələr fonunda nüfuzlu siyasi xadimlərin, düşüncə adamlarının yanaşmalarına, fikirlərinə böyük ehtiyac vardır. Bir sıra hallarda eyni məsələ ilə bağlı üst-üstə düşməyən mövqelər olur ki, bu da bizə həqiqəti, doğru yolu tapmaqda kömək olur. Çünki həqiqət müxtəlif fikirlərin toqquşması nəticəsində meydana çıxır. Qlobal Bakı Forumunu əhəmiyyətli, gərəkli edən də məhz budur. Müzakirələr nəticəsində yeni ideyalar ortaya çıxır ki, bu da beynəlxalq məsələlərə yanaşmanı formalaşdırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ənənəvi dünya nizamı artıq mövcud deyil, yeni düzən üçün axtarışlar aparılır. Azərbaycan da yeni düzən üçün axtarışlara çox fəal şəkildə qoşulub. Yeni düzən formalaşmadığı üçün ölkələr öz milli maraqlarını, daxili təhlükəsizliklərini qorumalıdırlar. Ölkələr beynəlxalq təşkilatlara əvvəlki kimi güvənmirlər. İkitərəfli əməkdaşlıq daha etibarlı, effektli format kimi qəbul olunur. Nə qədər acı olsa da, artıq beynəlxalq hüququn işləmədiyini söyləyə bilərik. Biz bunu Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı zamanı gördük. ABŞ-ın İraq və Əfqanıstana hücumları, Qəzza zolağında baş verənlər, Rusiya-Ukrayna müharibəsi də beynəlxalq hüququn işləmədiyini söyləməyə imkan verir. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə öz gücünə, daxili imkanlar hesabına ədaləti bərpa etdi, BMT qətnamələrini icra etdi”. 

Millət vəkili bildirdi ki, indi dünya qlobal transformasiyanın ilkin mərhələsindədir: “Ənənəvi beynəlxalq ittifaqlar, birliklər dağılmaq üzrədir, ya da formal fəaliyyət göstərirlər. Dövlətlər öz yolunu müəyyənləşdirmək üçün yeni əməkdaşlıq formatları müəyyənləşdirməlidirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq ikitərəfli və regional əməkdaşılığa üstünlük verir. Eyni zamanda biz həm türk dilli dövlətlərlə, həm də müsəlman dövlətləri ilə müxtəlif təşkilatlar daxilində əməkdaşlıq edirik. Biz heç bir dövlətin himayəsinə sığınmamışıq, bütün məsələlərdə öz gücümüzə arxalanmışıq. Dünyanın aparıcı dövlətlərinin himayəsinə sığınıb, dəstəyinə arxalanıb hərəkət edən dövlətlərin çöküşünü izləməkdəyik. Çünki günlərin birində bu dəstək dayana bilər və sən öz ayaqların üzərində dayana bilməyəcəksən. Bu reallıqdır. Ölkə başçısı “Euronews”a müsahibəsində bu məsələlərə toxundu və çox aydın şəkildə vəziyyəti şərh etdi. Qlobal geosiyasi dəyişikliyin mənbəyinin ABŞ olduğunu deyən prezident əlavə etdi ki, Ağ Evdə qəbul edilən qərarlar qlobal düzənə ciddi şəkildə təsit edir: “Bu qərarlar Avropa Birliyinə, Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdə baş verənlərə birbaşa təsir göstərir. Bütün bunlar onu göstərir ki, dünya düzəni dayanıqlı deyil, etibarlı prinsiplər, bağlar üzərində qurulmayıb”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Mart 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri