Icma.az
close
up
RU
Azərbaycan regionda sülh və sabitliyin qarantı

Azərbaycan regionda sülh və sabitliyin qarantı

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına müsahibə vermiş və həmin müsahibə 26 avqust 2025-ci il tarixində həmin telekanalda yayımlanmışdır. Müsahibə zamanı müxtəlif məzmunlu sualları cavablandıran dövlətimizin başçısı mühüm mesajlar verməklə yanaşı, ölkəmizin beynəlxalq sistemdə tutduğu mövqedən və yürütdüyü uğurlu xarici siyasətdən bəhs etdi.

Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmayla bağlı sualı cavablandıran cənab Prezident qeyd etmişdir ki, “Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”. Dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, bu razılaşma Azərbaycanın mövqeyi və ədalətli tələbləri əsasında hazırlanmış, sülhə gedən yolun ilk addımı olmuşdur. Həmçinin cənab Prezident müsahibəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesindən, Zəngəzur dəhlizindən, Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərindən, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqedən və Türk Dövlətləri Təşkilatında ölkəmizin fəaliyyətindən və qarşıya qoyduğu məqsədlərdən geniş bəhs etdi. Möhtərəm cənab Prezidentin ona ünvanlanan suallara verdiyi dolğun cavablar bir daha dövlət başçımızın yüksək intellektə və dünyagörüşünə malik praqmatik siyasətçi olduğunu bütün dünyaya nümayiş etdirdi.
Hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi fonunda qlobal siyasi sistemdə mühüm mərhələnin əsası qoyulmuşdur. Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Cənab Prezidentin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarıdır. Dövlət başçısının mesajları həm regional, həm də beynəlxalq ictimaiyyətə açıq çağırışdır. Artıq münaqişələr dövrü bitmişdir, qarşıda isə sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açılır.Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, sülh və qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri