Icma.az
close
up
RU
Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın təminatçısı rolunu oynamağa hazırdır

Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın təminatçısı rolunu oynamağa hazırdır

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanat, Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsinin mahiyyətinə, nəticələrinə və müharibədən sonrakı sülh prosesində ölkənin tutduğu mövqeyə dair mühüm məqamları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Prezidentin çıxışı yalnız Azərbaycanın uğurlarının təkrar xatırladılması deyil, həm də regionun gələcək geosiyasi nizamlanmasına dair Azərbaycanın mövqeyinin prinsipial şəkildə ortaya qoyulması idi. O vurğuladı ki, Azərbaycan öz ərazisində apardığı müharibə nəticəsində 30 illik işğala son qoyaraq, beynəlxalq hüquq çərçivəsində, xüsusilə də BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etmişdir. Bu müddəa, hər bir dövlətin silahlı hücuma məruz qaldıqda özünü müdafiə etmək hüququnu tanıyır və Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlar da bu hüququn təzahürü kimi təqdim olunur.
Müharibə dövründə Azərbaycanın müasir texnologiyalara əsaslanan döyüş taktikası, yüksək peşəkarlıqla hazırlanmış ordusu və daxili ictimai həmrəyliyi nəticəsində 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsi azad olundu. Bu zaman bir dənə də fərari halı qeydə alınmadı, əksinə Ermənistan ordusu ciddi itkilər verdi və onların öz rəsmi etirafına görə 12 mindən çox fərari ordudan qaçdı.
Azərbaycan yalnız hərbi yox, həm də diplomatik qələbə qazandı. Müharibədən sonra 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa olundu və qondarma qurumun ləğvi ilə nəticələndi. Bu, Azərbaycanın ərazi bütövlüyünü faktiki və hüquqi baxımdan tam bərpa edilməsi demək idi. Hazırda Azərbaycanın dövlət orqanları, qanunları və hüquqi yurisdiksiyası ölkənin bütün ərazisində — o cümlədən keçmiş münaqişə zonalarında tətbiq olunur.
Prezident bəyan etdi ki, sülh prosesinin təşəbbüskarı Azərbaycan olmuşdur, və 2021-ci ildən başlayaraq Ermənistanla sülh müqaviləsinin bağlanması üçün təkliflər irəli sürülmüşdür. Azərbaycanın təqdim etdiyi 5 prinsip — dövlətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması, bir-birinin suverenliyinə hörmət, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması kimi məsələlər — bu gün artıq Ermənistan tərəfindən də qəbul edilib.
Lakin iki mühüm məsələ hələ də açıq qalır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları – Ermənistan hələ də Konstitusiyasının preambulasında "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ"na istinad edir. Bu isə Azərbaycana qarşı dolayısı ilə ərazi iddiasıdır və sülh üçün əngəl yaradır. ATƏT-in Minsk Qrupunun de-yure ləğvi – De-fakto artıq fəaliyyəti olmayan bu qurumun hüquqi olaraq da ləğv olunması tələb olunur. ATƏT-in Minsk Qrupu illər ərzində nəticəsiz qaldı və münaqişənin dondurulmasına xidmət etdi. Prezidentin fikrincə, bu qrupun formal mövcudluğu belə münaqişənin bitdiyini rəsmiləşdirməyə mane ola bilər.
Prezident Əliyev bəyan etdi ki, Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın təminatçısı rolunu oynamağa hazırdır. Post-müharibə dövründə Azərbaycan tərəfindən təqdim edilən Zəngəzur dəhlizi, region ölkələrinin nəqliyyat infrastrukturlarının birləşdirilməsi və iqtisadi əməkdaşlıq üçün mühüm layihə kimi təklif olunur. Bu layihə təkcə Ermənistan üçün deyil, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ölkələri üçün də logistik üstünlüklər vəd edir.
Prezident İlham Əliyevin Macarıstanda verdiyi bəyanat, Azərbaycanın müharibə dövründə və sonrasında tutduğu prinsipial, hüquqa əsaslanan və uzaqgörən siyasətin davamıdır. Sülh üçün real və hüquqi əsaslar ortadadır, sadəcə Ermənistan tərəfdən siyasi iradə və məsuliyyətli yanaşma tələb olunur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri