Şamil Ayrım: Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Konstitusiya hər bir dövlətin varlığını, milli iradəsini, müstəqilliyini əbədiləşdirən ali sənəddir. Bu, dövlət suverenliyinin simvoludur. 1995-ci ilin noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyası Azərbaycan xalqının taleyində yeni fəslin başlanğıcını qoydu. Həmin gün müstəqilliyini bərpa edən Azərbaycan qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlət qurmaq iradəsini dünyaya bəyan etdi. Bu böyük tarixi addımın memarı da Ümummilli Lider Heydər Əliyevdir. Bu gün bu miras Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, milli birlik prinsipləri ilə daha da möhkəmlənmişdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Ş.Ayrım qeyd edib ki, Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib: “Konstitusiya sadəcə hüquqi mətn deyil, onun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşama əzmini nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı zamanı öz suverenliyini bərpa edib. 30 il əvvəl qəbul edilmiş Konstitusiya həm də gələcəyin kompasıdır. Konstitusiyanın ildönümü bizə bir həqiqəti xatıradır ki, ədalətin təməli hər zaman Konstitusiyadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 29 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















