Icma.az
close
up
RU
Regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təminatçısı

Regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təminatçısı

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) region dövlətləri arasında iqtisadi tərəfdaşlığı, ticarət əlaqələrini və dayanıqlı inkişafı təşviq edən mühüm beynəlxalq qurumlardan biridir. Bu təşkilat üzv dövlətlərin iqtisadi maraqlarının birləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və regional inteqrasiyanın gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.

ECO-nun hər bir Zirvə Görüşü regionun gələcək inkişaf istiqamətlərini müəyyən etmək, yeni əməkdaşlıq mexanizmlərini formalaşdırmaq və mövcud problemlərə birgə həll yolları tapmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Təşkilat iqtisadi əməkdaşlıqla yanaşı, enerji, nəqliyyat, turizm, ətraf mühit və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsinə önəm verir. ECO regionu coğrafi mövqeyinə, təbii resurslarına və nəqliyyat imkanlarına görə beynəlxalq aləmdə mühüm strateji məkan kimi tanınır.2025-ci ildə ilk dəfə olaraq ECO-nun 17-ci Zirvə Görüşünün məhz Xankəndi şəhərində keçirilməsi təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu Zirvə Görüşü təkcə iqtisadi əməkdaşlıq baxımından deyil, həm də siyasi və mənəvi baxımdan böyük əhəmiyyətə malik oldu. Xankəndi şəhərində belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının və suverenliyinin beynəlxalq miqyasda tam təsdiqinin bariz nümunəsi idi. Zirvə görüşündə iştirak edən dövlət başçıları və nümayəndə heyətləri Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəklədiklərini bir daha nümayiş etdirdilər. Xankəndidə keçirilən bu tədbir regionda yeni əməkdaşlıq səhifəsinin açıldığını simvolizə etdi və bütün ECO ölkələri üçün həm iqtisadi, həm də siyasi baxımdan müsbət mesajlar verdi.Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı xüsusilə diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın ECO çərçivəsində gördüyü işlərdən, reallaşdırdığı mühüm nəqliyyat və enerji layihələrindən, həmçinin regionda sabitlik və inkişaf üçün irəli sürdüyü təşəbbüslərdən bəhs etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Xankəndinin bu mühüm tədbirə ev sahibliyi etməsi Azərbaycanın regionda sülhü və təhlükəsizliyi təmin etmək istiqamətində atdığı addımların məntiqi nəticəsidir. O, çıxışında Zəngəzur dəhlizi, Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin əhəmiyyətini vurğuladı və bunların regionun tranzit imkanlarını artırmaqla yanaşı, ECO ölkələri arasında əməkdaşlığı gücləndirdiyini bildirdi. Prezident, həmçinin, rəqəmsal iqtisadiyyatın inkişafı, alternativ enerji mənbələrinin istifadəsi və ekoloji təhlükəsizlik məsələlərinin də ECO çərçivəsində əsas prioritetlərdən biri olduğunu xüsusi qeyd etdi. Onun çıxışı bütün iştirakçı dövlətlər tərəfindən maraq və yüksək qiymətləndirilmə ilə qarşılandı.Xankəndidə keçirilən Zirvə Görüşünün yekununda qəbul edilən sənədlər və razılaşmalar ECO-nun gələcək inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət kəsb edir. Regional ticarət əlaqələrinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, birgə sərmayə layihələrinin təşviqi və nəqliyyat dəhlizlərinin effektivliyinin artırılması prioritet istiqamətlər kimi müəyyən olundu. Xankəndi Zirvə Görüşü həm də region dövlətləri arasında siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycanın bu prosesdə oynadığı aparıcı rol, təqdim etdiyi yeni təşəbbüslər və əməkdaşlığa verdiyi töhfə təşkilatın gələcək uğurlarının əsas dayaqlarından biri olacaq.

Xankəndidə keçirilmiş ECO-nun 17-ci Zirvə Görüşü təkcə region üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün mühüm mesaj oldu. Bu Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın əsas təminatçılarından biridir. Azərbaycanın irəli sürdüyü layihələr və təşəbbüslər təkcə milli maraqlara xidmət etmir, eyni zamanda bütün ECO regionunun rifahına və inkişafına xidmət edir. Xankəndinin bu mötəbər tədbirə ev sahibliyi etməsi tarixə düşəcək bir hadisə olmaqla yanaşı, regionda yeni əməkdaşlıq imkanlarının qapısını açdı. İnanıram ki, gələcəkdə ECO çərçivəsində əməkdaşlıq daha da dərinləşəcək və Xankəndi Zirvə Görüşü bunun üçün yeni bir başlanğıc nöqtəsi olacaq.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri