“Azərbaycan regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasında əsas söz sahibinə çevrildi”
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
“Prezident İlham Əliyevin Vaşinqton səfəri həm ikitərəfli münasibətlər, həm də regional sülh prosesi baxımından mühüm dönüş nöqtəsi oldu. ABŞ ilə imzalanan strateji tərəfdaşlıq memorandumu enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və müdafiə sahələrində əməkdaşlığı yeni mərhələyə daşıyır. SOCAR ilə “ExxonMobil” arasında bağlanan razılaşma bu əməkdaşlığın real nəticəsidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Sülh gündəliyində də əhəmiyyətli irəliləyiş əldə edildiyini deyən politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini parafladı, Minsk Qrupunun ləğvi üçün birgə müraciət razılaşdırıldı, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması təsdiqləndi: “Naxçıvana maneəsiz quru yol təmin edəcək Zəngəzur dəhlizinin açılması qərara alındı və ABŞ bu dəhlizin qarantı olacaq. Beləliklə, hərbi zəfərini siyasi masada da möhkəmləndirən Azərbaycan, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasında əsas söz sahibinə çevrildi”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Avqust 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















