Icma.az
close
up
RU
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın digər dövlətlərlə inteqrasiyası müxtəlif sahələrdə mühüm əhəmiyyət daşıyır. Bu həm regional, həm də beynəlxalq əlaqələrdə əsas rol oynayır. Azərbaycan, coğrafi mövqeyinə görə, Avropa, Asiya və Orta Şərq arasında strateji körpü funksiyasını yerinə yetirir. Bu inteqrasiya, ölkənin iqtisadiyyatı, təhlükəsizliyi, enerji siyasəti, mədəniyyət və təhsil sahələrində inkişafına mühüm təsir göstərir. Ölkəmizin digər dövlətlərlə inteqrasiyası, ölkənin beynəlxalq mövqeyini gücləndirir və onun regional və qlobal siyasətdə mühüm iştirakçı olmasına imkan yaradır. Bu əməkdaşlıq həmçinin Azərbaycanın iqtisadiyyatını möhkəmləndirir, regional təhlükəsizliyi təmin edir və mədəni əlaqələri inkişaf etdirir.

Mövzu ilə bağlı Manset.az-a danışan Millət vəkili Fariz İsmayılzadə bildirib ki, Azərbaycan öz xarici siyasətində hər zaman dostluq və qarşılıqlı hörmət əsasında olan əməkdaşlığa üstünlük verir:

"Ölkəmiz bütün dünya ölkələri ilə əməldaşlığa hazırdır. Əgər, həmin ölkələr Azərbaycanla hörmət, qarşılıqlı faydalı əməkdaşlığa razıdılarsa. O mənadakı, həm bizim ərazi bütövlüyümüzü tanısınlar. Suverenliyimizi tanısınlar. Xüsusilə bu istiqamətdə preoritet olan ölkələr bizim qonşu ölkələrimizdir. Türkdilli qardaşlarımızdır. Enerji məsələlərində Avropa ölkələri ilə əməkdaşlıq edirik. Son illərdə Azərbaycan Asiya və Afrika ölkələri ilə əməkdaşlığa üstünlük verir. Çünki, burada bizi birləşdirən faktorlar var.  Bütün bu əməkdaşlığın nəticəsində Azərbaycan artıq böyük uğurlar qazanıb. BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişdik. COP Sammitinə ev sahibliyi etdik. Digər Beynəlxalq təşkilatlarada sədrliyimiz çox uğurlu olub. Nəticədə də torpaqlarımızın qaytarılmasına, iqtisadi inkişafımıza bütün ölkələrin dəstəyi olub. Diplomatiyamızın uğurları göz qabağındadır. Bundan sonrada bu çoxşaxəli istiqqmətlərdə fəaliyyət güclənəcək. O cümlədən ikitərfəli münasibətlərdə biz həm siyasi dioloqa üstünlük veririk həm də iqtisadi əməkdaşlığa. Son illərdə Azərbaycanın yardımı digər ölkələrə artmaqda davam edir. Bu da bizə yeni dostlar, yeni partnyorlar qazandırır".   

Siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı isə saytımıza bildirib ki, Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edir:

"Bu inteqrasiya həddindən artıq vacibdir. Bu həm iqtisadi sahədə baş verir. Həm siyasi müstəvidə özünü göstərir. Artıq görürük ki, hərbi sahədə də inteqrasiya prosesləri gedir. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan onunla qarşıdurma vəziyyətində olsun. Ermənistan istisna olmaqla, bütün ölkələrlə münasibətlər inkişaf edir. Beynəlxalq təşkilatlar qərəzli mövqedən çıxış etmirlərsə, Azərbaycan onlarla da beynəlxalq öhdəliklərə uyğun olaraq hərəkət edir. Amma hansı dövlətlər qərəzli mövqedən yanaşırlarsa, Azərbaycan onlarada adekvat cavab verir. Azərbaycan prezidentinində dəfələrlə bildirdiyi kimi, bizim ailəmiz Turan-Türk dünyasıdır. Bu prosesdə sürətlə gedir. Azərbaycan və Türkiyə başda olmaqla böyük türk dövlətlərinin arasında inteqrasiya gedir.

Bizim Turan dünyasının iqtisadi, siyasi və hərbi potensialı həddindən artıq genişdir. Biz bu potensialdan istifadə edərək, dünyada ciddi mövqeyə nail oluruq. Hamısı başa düşür ki, bizim gücümüz birlikdədir. 

Bu istiqamətdə hərbi blokun yaradılması fikridə var. Turan ordusunun yaranması ilə bağlı müəyyən işlər gedir.  Azərbaycan son dövrlərdə Türkiyə ilə hərbi sahədə sıx əməkdaşlıq edir. İki ölkə arasında hərbi təlimlər keçirilir. Artıq bu prosesə Özbəkistanda qoşulub. 

Digər istiqamətlərdə də işlər gedir. Müxtəlif formatlar var. Azərbaycan, Türkiyə, Gürcüstan formatı var ki, vaxtaşırı Xarici İşlər nazirləri görüşürlər. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı sənədlər qəbul olunur. Bunların hamısı çox müsbət bir tendensiyadır. 

Əsasən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini inkişaf etdirir. Böyük dövlətlərdən ABŞ ilə münasibətləri normal saxlayır. Müəyyən əməkdaşlıq var. Siyasi cəhətdəndə artıq Amerika Azərbaycanın mövqeyi ilə hesablaşır. Eyni zamanda iqtisadi cəhətdən əməkdaşlıq getdikcə genişlənir.  Avropa ilə Azərbaycanın münasibətləri yaxşı səviyyədədir. Mane olmaq istəyənlər var. Fransa Azərbaycana qarşı qərəzli ı mövqe tutur. Digər ona yaxın olan dövlətlər Azərbaycana qarşı çevrilişə çalışır. Müəyyən mərhələlərdə Almaniyanıda qərəzli mövqelərinə cəlb edir. Amma Almaniya ilədə münasibətlərimiz normaldır. Eyni zamanda İngiltərə ilə münasibətlər yaxındır. İnteqrasiya prosesləri davam edir. Digər Avropa ölkələri ilə müttəfiqliyimiz ortadadır. Serbiya,  Macarıstan və Sloveniya ilə müttəfiqliqliyimiz var. Polşa ilə kifayət qədər yaxşı münasibətlərimiz var. Azərbaycan dünya miqyasında öz siyasətini uyğun şəkildə qurub".

Quliyeva Seyranə

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri