Icma.az
close
up
RU
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 99-4.5-ci maddəyə “244-1,” rəqəmlərindən sonra “246, 246-1,” rəqəmləri əlavə edilsin;

1.2. 246-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 246. Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə

246.1. Dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

246.2. Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə –

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

246.3. Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə –

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

246.4. Bu Məcəllənin 246.1–246.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

246.4.1. təkrar törədildikdə;

246.4.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

246.4.3. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

246.4.4. milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 246-cı və 246-1-ci maddələrində “dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.

2. Bu Məcəllənin 246.1-ci maddəsində “xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı olan mәblәğ başa düşülür.”;

1.3. aşağıdakı məzmunda 246-1-ci maddə əlavə edilsin:

“Maddə 246-1. Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etmə

Dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda –

cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 231.1-ci maddənin sanksiyasında “min beş yüz” sözləri “üç min” sözləri ilə, “üç” sözü “altı” sözü ilə, “on” sözü “iyirmi” sözü ilə əvəz edilsin;

2.2. 231.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“231.2. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə –

fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.”;

2.3. 231.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”;

2.4. aşağıdakı məzmunda 231.3-1-ci və 231.3-2-ci maddələr əlavə edilsin:

“231.3-1. Bu Məcəllənin 231.2-ci və ya 231.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ziyan vurduqda –

fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər otuz min manat məbləğində cərimə edilir.

231.3-2. İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə –

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”;

2.5. 231.4-cü maddənin sanksiyasında “iki yüz” sözləri “min” sözü ilə, “beş” sözü “min beş” sözləri ilə, “üç” sözü “altı” sözü ilə əvəz edilsin;

2.6. “Qeyd” hissənin mətni 1-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:

“2. Bu Məcəllənin 231.3-1-ci maddəsində “az miqdarda” dedikdə, üç min manatdan yuxarı olmayan məbləğ başa düşülür.”.

Maddə 3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I); 2024, № 5 (I kitab), maddə 499; 2025, № 6, maddə 530) 10-cu maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.”.

Maddə 4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 499) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.0.25-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.26-cı və 1.0.27-ci maddələr əlavə edilsin:

“1.0.26. mədəni sərvətləri korlama – mədəni sərvətlərin tarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik görkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına, yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan qanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərin törədilməsi;

1.0.27. mədəni sərvətləri məhv etmə – mədəni sərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkin vəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız hala salınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması, yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuz tətbiq edilməsi.”;

4.2. 39.1-ci və 39.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“39.1. Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.

39.2. Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.”;

4.3. 43.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“43.0.8. bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla, dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına.”.

Maddə 5. Bu Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see219

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see219

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see217

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see213

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see211

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see211

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see188

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see187

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see185

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see185

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see176

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see176

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see173

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see169

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see165

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see165

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see158

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see156

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri