Icma.az
close
up
RU
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verəcək? KONKRET

Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verəcək? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənov barəsində ötən gün Rusiya məhkəməsi hökm çıxarıb. O, 4 il müddətinə qiyabi həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 milyon rubl cərimələyib, iki il müddətinə internetdə materiallar yaymaqdan məhrum edib və “Moskva siti”dəki 46 milyon rubl dəyərində mənzilini müsadirə edib. Həsənov 170 milyon rubldan çox vergini ödəməmək və bu vəsaitləri saxta daşınmaz əmlak əməliyyatları vasitəsilə yumaqda ittiham olunurdu. 2025-ci ildə o, axtarışa verilib, elə həmin tarixdən ölkəni tərk edib. Sosial şəbəkə paylaşımlarından bu müddətdə Azərbaycanda yaşadığı, hətta əmlak reklamları çəkdiyi görünür.

Moskva Bakıdan onun təhvil verilməsini istəyə bilərmi? Rusiya Həsənovla bağlı Azərbaycana müraciət edəcək? Ümumiyyətlə, yaşadığı ölkədə həbsə məhkum edilən və barəsində ittihamlar yayıldıqdan sonra bir növ qaçıb ölkəni tərk edən vətəndaşla bağlı rəsmi prosedur varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, Hüseyn Həsənovun Azərbaycan vətəndaşı olub-olmadığını məlum deyil:

“Amma ümumilikdə Azərbaycanla Rusiya arasında hüquqi yardımlaşma haqqında müqavilə mövcuddur. Həmçinin iki dövlət müxtəlif beynəlxalq sənədlərə qoşulmaqla cinayət fəaliyyəti ilə bağlı hüquqi yardımlaşmanı həyata keçirmək istiqamətində müəyyən öhdəliklər götürüblər. Lakin Hüseyn Həsənov rəsmi şəkildə Azərbaycan dövlətinə müraciət edərək bu ölkədən sığınacaq istəyibsə, artıq burada dövlətlərarası müqavilələrdən daha çox beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmalıdır. Xüsusilə BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar əsas götürülməklə, həmin şəxsin qaytarılacağı təqdirdə işgəncəyə, ölümə və ya həyati təhlükəyə məruz qalacağına dair əsaslı ehtimallar mövcuddursa, Azərbaycanın həmin şəxsi Rusiyaya təhvil verməmək hüququ var”.

Vəkil bildirib ki, Rusiya öz qanunvericiliyinə uyğun olaraq, ölkə xaricində olmasına baxmayaraq, Hüseyn Həsənovla bağlı qiyabi həbs, qiyabi azadlıqdan məhrum etmə və əmlaklarının müsadirəsi ilə bağlı qərarlar qəbul etmək imkanına malikdir:

“Şəxsin ölkə xaricində olması onun vəkilləri vasitəsilə Rusiya daxilində məhkəmə instansiyalarında hüquqlarını müdafiə etmək və qəbul edilmiş qərarlardan müvafiq qaydada şikayət vermək hüququnu aradan qaldırmır. Bununla yanaşı, Azərbaycan həmin şəxsin ölkə ərazisində sığınacaq əldə etməsi ilə bağlı məsələyə rəsmi hüquqi qiymət verməlidir. Rəsmi Bakı BMT-nin qaçqınların statusu ilə bağlı konvensiyasının iştirakçısıdır və bu baxımdan şəxsin sığınacaq müraciətinin qiymətləndirilməsi qanunvericiliyimiz və beynəlxalq öhdəliklər çərçivəsində ölkə daxilində həll oluna bilən məsələdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri