Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib tərəfdaş, inkişafın və rifahın təşviqində təşəbbüskar ölkədir

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib tərəfdaş, inkişafın və rifahın təşviqində təşəbbüskar ölkədir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dünyada sülhə, inkişafa və əməkdaşlığa xidmət edən bir sıra regional layihələrin müəlliflərindən biridir. Ölkəmizin ərsəyə gətirdiyi enerji və nəqliyyat marşrutları qitələrarası uğurlu əməkdaşlıq formulu kimi bir çox ölkənin enerji təhlükəsizliyini, kommunikativ bağlantılarını və rifahını təmin etməkdədir. Dövlət başçımızın strateji hədəflərimizi tam təmin edən siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində ölkəmizin əhəmiyyəti, qlobal məsələlərdə həlledici rolu ildən-ilə daha da artırır.

“ŞƏT plyus” formatında fəal yer alan Azərbaycan özünəməxsus təşəbbüskarlığı, nəqliyyat-kommunikasiya formatlarının yaradılması və möhkəmlənməsinə verdiyi əvəzsiz töhfələri və digər məqsədyönlü prinsipial addımları ilə sadiq və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Azərbaycan Prezidentinin bu formatda keçirilən Zirvə görüşlərində iştirak etməsi ölkəmizin dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın bariz ifadəsidir.
Çinin Tiencin şəhərində keçirilən növbəti Sammitə dəvət olunması dövlətimizin başçısına olan dərin hörmətin, onun yüksək nüfuzunun, faydalı müzakirələrdə, qlobal diskussiyalarda böyük zəkasından doğan yeni ideyalar təqdimatına verilən xüsusi önəmin nümunəsidir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çox ölkənin lideri və 10 beynəlxalq təşkilat rəhbərinin qatılması və toplantıda Azərbaycan Prezidenti ilə çoxsaylı ayrıca görüşlərin keçirilməsi bir daha prinsipial və taleyüklü məsələlərdə Prezident İlham Əliyevin oynadığı vacib rolun göstəricisidir.
“ŞƏT plyus” görüşündə çıxış edən Prezident İlham Əliyevin mesajlarından aydın oldu ki, Azərbaycan ŞƏT-ə üzv olmasa da təşkilata üzv dövlətlər ilə konstruktiv, dostluq münasibətlərinə malikdir və qarşılıqlı etimada əsaslanan münasibətlər daim möhkəmlənir. Xüsusilə də təşkilatın əsas güc mərkəzi və siyasi ideoloji flaqmanı, həmtəsisçisi olan Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması, eləcə də ŞƏT-də fəallığı ilə seçilən qardaş türk dövlətləri - Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yüksək səviyyəli mehriban əlaqələr irəliləyərək regional hədəf prinsiplərində eyni niyyəti nümayiş etdirir, qlobal məsələlərdə bu dövlətlərlə Azərbaycanın mövqeyini və baxışlarını eyni prizmada birləşdirir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi ŞƏT platformasında əməkdaşlığın ən mühüm uğurlarından biri Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağlarının yeni mərhələyə adlamasıdır. Məhz Azərbaycan və Çinin rəsmən strateji tərəfdaşa çevrilməsində həm də bu formatın uğurlu açar olmasını unutmamalıyıq. Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində iki dövlət strateji tərəfdaşlığın bünövrəsini qoydu. Bu amil Bakı və Pekinin ŞƏT alyansında ümumi inkişaf baxışlarının üst-üstə düşdüyünü şərtləndirir.
Azərbaycanın bu sarsılmaz iradəsi və açıq dialoqlarda sonsuz humanizmi, tolerant mövqeyi ŞƏT-in ali liderləri tərəfindən də yüksək dəyərləndirilir. Çin Xalq Respublikasının Sədri Si Çinpinin vurğuladığı kimi Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafında əvəzsiz rola malikdir. Pekinin bu mötəbər və nüfuzlu təşkilatda dövlətimizin xüsusi fəallığını təqdir etməsi çoxtərəfli dialoqun möhkəmlənməsi, davamlı sülhə və inkişafa, habelə siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər aktual məsələlərdə əzmkar roluna və mövqeyinə verilən ali qiymətdir.
Çin lideri Azərbaycanın ŞƏT ailəsi üçün vacib dövlət olduğunu və təşkilata üzvlüyünü dəstəkləyərək beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqində ölkəmizlə çoxtərəfli birgə səylərin daha çox fayda verəcəyinə əminliyini bildirib.
Bunun da bir neçə fundamental səbəbi var, Azərbaycan sədrlik etdiyi və üzvü olduğu bütün təsisatlarda özünün mükəmməl təşkilatçılığı və formalaşdırdığı həmrəylik qüdrəti ilə diqqəti cəlb edib. Qoşulmama Hərəkatında yaratdığı nümunəvi model bir çox beynəlxalq və regional təsisatlar, o cümlədən ŞƏT-in bir sıra çərçivə anlaşmaları üçün faydalı yol xəritəsi kimi də qəbul edilir.
Demokratik inkişafın, geoiqtisadi nailiyyətlərin, rəqəmsal intibahın və müasir texnoloji sənaye inqilabına transformasiyanın sürətlənməsində ŞƏT platforması dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Coğrafi hüdudlar baxımından, eləcə də demoqrafik faktor amilinə görə, nəhəng siyasi-iqtisadi arxitektura olan bu təşkilata üzv olan dövlətlərin ərazisi Avrasiya qitəsinin böyük hissəsini təşkil edir. Qlobal enerji-nəqliyyat marşrutlarının böyük bir qismi bu təsisatın coğrafi koordinasiyasındadır. Habelə dünyada iqtisadi resurs və əlavə dəyər mənbələrinin, nominal ÜDM-in 24 faizi, real iqtisadiyyatın isə 35 faizi bu qurumda birləşən dövlətlərin portfelindədir.
Bu baxımdan ŞƏT dövlətləri ilə yaxın tərəfdaşlıq qlobal layihələrdə, ələlxüsus da tranzit-logistika sahəsində böyük potensialların birləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, ümumdünya inkişaf hədəflərinə daha tez yaxınlaşmaqda həlledici amillərdən biri kimi çıxış edir.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri