Azərbaycan sədrliyi bu ölkəyə təhvil verir
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sədrlik müddəti dekabrın 31-də başa çatacaq.
Teleqraf.com-un məlumatına görə, təşkilata bundan sonra 1 il müddətində Gürcüstan rəhbərlik edəcək.
Azərbaycanın sədrliyi dövründə əsas prioritet məsələlər minatəmizləmə və münaqişədən sonrakı reabilitasiya və yenidənqurma sahələrində təcrübə, həmçinin bilik mübadiləsi, GUAM Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsi üçün konkret addımların atılması, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, təşkilata üzv dövlətlər arasında iqlim fəaliyyətinə dair genişləndirilmiş əməkdaşlıq və dialoq olub.
Xatırladaq ki, 2023-cü ildə Ukrayna, ondan əvvəl isə Moldova GUAM-a rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















