Icma.az
close
up
RU
Azərbaycan şərabçılığı yenidən oyanır Pol Uaytd

Azərbaycan şərabçılığı yenidən oyanır Pol Uaytd

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şərabçılıq sahəsi üzrə ixtisaslaşmış “Worldoffinewine.com” saytında Azərbaycanda şərabçılığın tarixi, ölkəmizdə yetişdirilən üzüm sortları, istehsal olunan şərab növləri ilə bağlı maraqlı məqalə dərc edilib. Məqalənin müəllifi Pol Uaytdır. 

Uayt şərabçılıq sahəsi üzrə mütəxəsisdir. “Worldoffinewine.com” saytı Pol Uayta məxsusdur və o, üzümçülük sahəsi üzrə bir çox ölkədə ciddi araşdırmalar aparıb. 

Sfera.az saytı Pol Uaytın Azərbaycanla bağlı hazırladığı məqaləni təqdim edir:

- Azərbaycan şərab mədəniyyətinin inkişaf etdiyi regiondan uzaqda yerləşir. Buna baxmayaraq, şərabın yaranmasına səbəb olan qədim mədəniyyətin bəziləri Azərbaycanda da formalaşıb. Bu ölkədə 6000-8000 il əvvəl Qafqaz dağlarının yabanı üzümlərini fermentləşdirmək təcrübəsi mövcud idi. 

Azərbaycan müsəlman ölkəsidir və əhalisinin 96 faizi İslam dininə inanır. Buna baxmayaraq, Azərbaycanda müsəlmanların böyük əksəriyyəti dünyəvi həyat tərzini mənimsəyiblər. Azərbaycanlılar alkoqollu içkilərə olduqca dözümlüdürlər. Həqiqətən də Bakının kosmopolit küçə kənarındakı kafelərində günəşli bir gündə bir stəkan pivə və ya şərabdan həzz alan hər yaşdan kişi və qadınları görmək adi haldır. Şərab, pivə və spirtli içkilər supermarketlərdə və restoranlarda geniş şəkildə satılır. 

Azərbaycanın şəraba dünyəvi yanaşması iki əsr əvvələ gedib çıxan rus, sonra isə sovet təsirinə əsaslanır. 

Bununla belə, arxeoloji tapıntılar göstərir ki, Azərbaycan şərabının tarixi ən azı 4000 il və hətta daha əvvələ gedib çıxır. Eramızdan əvvəl 7-ci əsrdə Herodot və eramızdan əvvəl I əsrdə Strabon tərəfindən bununla bağlı qeydlər var. Azərbaycan şərabı minilliklər boyu bütpərəstlik, zərdüştlik, fars və xristianların təsiri altında xoşbəxt yaşayırdı, sonra isə təxminən 1400 il əvvəl İslam bu inkişafı dayandırdı. Sevindirici haldır ki, öz sərhədləri daxilində xristian və yəhudi icmalarına qarşı ümumi dözümlülük və şərabı basdırılmış gil qablarda gizlətmək ənənəsi hesabına Azərbaycan şərabı yüzillikləri əhatə edən qadağalar dövründən sağ çıxıb. 

XIX əsrdə Çar Rusiyası tərəfindən Azərbaycanın zəbt edilməsi və 1920-ci ildə Sovetlərin yenidən işğalı sənaye miqyasında şərab istehsalının əsasını qoydu. Burada istehsal olunan məhsullar, əsasən, Rusiya bazarına yönəldilirdi. Keyfiyyətə deyil, kəmiyyətə yönəlmiş istehsala önəm verilirdi və 1985-ci ilə qədər üzüm istehsalı 2 milyon tona çatdı. 1985-ci ildən sonra Qorbaçovun alkoqol istehlakına qarşı mübarizəsi Azərbaycanda da geniş miqyaslı şərabçılığın qarşısını kəsdi. Bundan sonra 130 000 hektar  üzüm bağı dağıdıldı. 

2000-ci illərdə şərabçılıq sənayesi yenidən canlanmağa başladı. İndi Azərbaycanda böyük şərab zavodları var və onlar səliqəli salınmış, hər biri 300-500 hektar olan üzüm bağlarında toplanan məhsulların emalı ilə məşğuldur. Burada inkişaf ağıllı şəkildə düşünülüb və icra edilib. 

Bağlarda yetişdirilən üzüm sortları torpaq və iqlimə uyğun olaraq diqqətlə seçilib, bağlar təbii turşuluğu qorumaq və həddindən artıq yetişmənin qarşısını almaq üçün, əsasən, bir-birindən 300–1000 m arasında yerləşdirilib. Adi Bordo və Burqundiya üzümlərinin üstünlük təşkil etməsinə baxmayaraq, qarışıqda bir neçə gözlənilməz fərq var (Verdelho, Riesling və Rhône və İtalyan üzümlərinin geniş çeşidi). 

İstehsal sahələri həm daxili tələbi, həm də geniş Rusiya bazarını təmin etmək üçün qurulub. Burada keyfiyyətə və yaxşı dəyərə diqqət yetirilir, sovet dövründən qalma Azərbaycan şərabının uzun müddətdir mövcud olan mənfi imicinin uğurla aradan qaldırılmasına çalışılır. 

Üzüm bağlarında daha çox Mədrəsə, Bayan, Banyan sortlarından istifadə edilib. 

Şərabçılıq hazırda Rkatsiteli, Banyan Şira, Saperavi və Mədrəsə sortları əsasında inkişaf edir. Azərbaycan sortların sayını artırmaq və gələcəkdə qırmızı şərablarla yanaşı, digər şərabların da istehsalını artırmaq niyyətindədir. 

Azərbaycan şərabı özlüyündə maraqlıdır. Bu ölkədə italyan şərabçılığının əlamətlərini görmək mümkündür. Heç kim belə güclü italyan şərabçılıq təsirini gözləməzdi. Azərbaycan Üzümçülük və Oenologiya Elmi-Tədqiqat İnstitutu hazırda üzümçülük üçün üzüm tənəklərinin böyüdülməsini nəzərdə tutan 350-400 yerli üzümün DNT-sini müəyyənləşdirir və araşdırmalar aparır. Şərab istehsalçıları tezliklə çoxlu yeni yerli üzümlərə sahib olacaqlar.

Azərbaycan şərabı haqqında nəyə görə çox eşitmədiyimizə cavab budur ki, o, həqiqətən də yalnız 20 il əvvəl uzun qış yuxusundan sonra yaranıb. Bir çox cəhətdən o özünü dünyanın ən yeni, Yeni Dünya üslublu şərab istehsalçılarından biri kimi yenidən yaradıb. Bu əsasları sındıraraq, Azərbaycan şərabı onu unikal edəcək şeyləri kəşf edir. 

Vasif

Sfera.az
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri