Icma.az
close
up
RU
Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ: Bu gün qərar VERİLƏCƏK

Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ: Bu gün qərar VERİLƏCƏK

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt mövqe nümayiş etdirib. O, son çıxışlarından birində bəyan edib ki, əgər İran nüvə arsenalını yeniləməyə və genişləndirməyə davam edərsə, ABŞ buna dözümlə yanaşmayacaq və mümkün hərbi müdaxilə istisna olunmur. Tramp bildirib ki, İran bu cür addımlar atmağa cəsarət etmirdi və ABŞ-ın sərt siyasəti nəticəsində Tehran çəkindirici təzyiq altında saxlanılırdı. O, bildirib ki, əgər Tehran nüvə arsenalını yeniləməyə və genişləndirməyə davam edərsə, ABŞ buna cavab olaraq yenidən hərbi müdaxilə variantını gündəmə gətirə bilər. 

Qeyd edək ki, bu gün - iyulun 8-də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşü baş tutub. Bu görüşdə bir sıra mühüm qərarların veriləcəyi gözlənilir. 

Maraqlıdır, İranın nüvə obyektlərini yenidən bərpa etməsi fonunda yeni bir müharibə başlaya bilərmi?

Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov News24.az-a açıqlamasında bildirib ki, son dövrlər ABŞ-İran münasibətlərində müəyyən yumşalma əlamətləri müşahidə olunur, lakin bu proses hələlik kövrək və qeyri-müəyyəndir:

“Tramp belə bir açıqlama verdi ki, mən İrana qarşı sanksiyaların götürülməsini istəyirəm və açıq şəkildə bildirdi ki, əgər İran bəzi şərtləri yerinə yetirsə, sanksiyalar ləğv oluna bilər. Bu, Vaşinqtonun mesajıdır ki, danışıqlara açıqdırlar. Yeni seçilmiş prezident Məsud Pezeşkian Qərblə dialoqun tərəfdarı olduğunu bildirib. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei bu yanaşmaya qarşı çıxır. Əsas problem məhz Xamenei və onun ətrafıdır. ABŞ və İsrailin də əsas hədəfi məhz bu çevrədir”.

Zülfüqarov hazırda genişmiqyaslı hərbi münaqişənin ehtimalını real hesab etmir. Onun fikrincə, tərəflər arasında danışıqların başlanması daha mümkün görünür:

“Hazırda yeni müharibə real görünmür. Əksinə, danışıqların başlanması ehtimalı yüksəkdir. Əgər bu danışıqlarda Tehran yenidən əvvəlki kimi güzəştə getsə, o zaman ABŞ və İsrailin yeni hücumlarının şahidi ola bilərik. Amma bu dəfəki zərbələr daha dağıdıcı olacaq,” – deyə politoloq xəbərdarlıq edib.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri