Icma.az
close
up
RU
Gigiyena qaydalarına əməl etmək niyə vacibdir? Mütəxəssisdən məsləhətlər

Gigiyena qaydalarına əməl etmək niyə vacibdir? Mütəxəssisdən məsləhətlər

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəxsi və məişət gigiyenası qaydalarına əməl olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə çirkli əllər, sanitar tələblərə cavab verməyən qida və su, eləcə də çirklənmiş məişət əşyaları vasitəsilə yayılan infeksiyaların profilaktikasında gigiyena tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova bildirib.
O deyib ki, əllərin sabunla yuyulması, qida məhsullarının düzgün hazırlanması və saxlanılması, meyvə-tərəvəzlərin istifadədən əvvəl yuyulması, məişət səthlərinin təmiz saxlanması salmonellyoz, şigellyoz (dizenteriya), rotavirus infeksiyası və hepatit A kimi xəstəliklərin yayılma riskinin azalmasına kömək edir.
 

Aygün İsmayılova diqqətə çatdırıb ki, şəxsi gigiyena qaydalarına riayət olunması hava-damcı yolu ilə yayılan infeksiyaların, o cümlədən qrip və digər kəskin respirator virus infeksiyalarının ötürülmə riskinin azaldılmasında da əhəmiyyətlidir:


“Əllərin təmiz saxlanılması, öskürmə və asqırma zamanı ağız və burunun örtülməsi, qapalı məkanların mütəmadi havalandırılması bu infeksiyaların yayılma riskini azaltmağa kömək edir. Şəxsi gigiyena qaydalarına müntəzəm və düzgün əməl olunması infeksiyaların insandan insana ötürülməsinin qarşısının alınmasına, xəstəliklərin ailə və kollektivlərdə yayılma riskinin azalmasına imkan verir.
Bu baxımdan, əl gigiyenası, qida və su təhlükəsizliyi, eləcə də yaşayış mühitinin təmiz saxlanılması gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır.
Yaşayış və iş məkanlarının müntəzəm təmizlənməsi və havalandırılması qapalı mühitdə havanın keyfiyyətinin qorunmasına, tənəffüs yollarına təsir edən amillərin azalmasına kömək edir. Qapalı məkanlarda havanın uzun müddət dəyişməməsi toz, kif və digər qıcıqlandırıcıların toplanmasına şərait yarada bilər. Bu amillər allergiyaya həssas şəxslərdə asqırma, burun axması və ya tutulması, gözlərdə qaşınma, sulanma kimi əlamətlərin yaranmasına səbəb ola bilər”.
 

Şöbə müdiri vurğulayıb ki, otaqların mütəmadi havalandırılması havanın yenilənməsinə və respirator infeksiyaların ötürülmə riskinin azalmasına kömək edir. Eyni zamanda, məkanların təmiz saxlanılması toz, ev tozu gənələri, kif və digər allergenlərin miqdarının azalmasına, bununla da allergiyaya həssas şəxslərdə allergik əlamətlərin yaranma və ya güclənməsi riskinin aşağı salınmasına imkan verir.


“Bundan əlavə, təmizlik zamanı otaqların düzgün havalandırılması və kəskin qoxulu təmizləyici vasitələrdən həddindən artıq istifadə edilməməsi vacibdir. Belə ki, bəzi kimyəvi maddələr, kəskin qoxular tənəffüs yollarını qıcıqlandıra və xüsusilə həssas şəxslərdə narahatlıq yarada bilər. Bu baxımdan, otaqların mütəmadi havalandırılması, tozun nəm üsulla təmizlənməsi, kif və nəmlik mənbələrinin aradan qaldırılması, yataq dəstlərinin vaxtında dəyişdirilməsi həm tənəffüs yolu infeksiyalarının yayılma riskinin, həm də allergenlərin təsirinin azalmasına kömək edir”, - deyə Augün İsmayılova qeyd edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri