Icma.az
close
up
RU
Azərbaycan şirkəti Çin bazarındakı iştirakını genişləndirmək niyyətindədir

Azərbaycan şirkəti Çin bazarındakı iştirakını genişləndirmək niyyətindədir

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan şirkəti Çin bazarındakı iştirakını genişləndirmək niyyətindədir


Alkoqollu və alkoqolsuz içkilər istehsalçısı olan Azərbaycan şirkəti A+Co, 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək 8-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak etməklə Çin bazarındakı iştirakını genişləndirmək niyyətindədir. Şirkətin ixrac meneceri Emil Hüseynov bunu “Sinxua” agentliyinə eksklüziv müsahibəsində bildirib.
"Məqsədimiz ixrac etdiyimiz məhsulların çeşidini genişləndirməkdir. Təbii nar şərabları ilə yanaşı, alkoqolsuz içkilər də istehsal edirik və məhsullarımızı Çin istehlakçılarına təqdim etmək istəyirik", - deyə o qeyd edib.
A+Co Çinə şərab tədarük edir və əvvəllər 2019 və 2023-cü illərdə CIIE-də iştirak edib. Şirkət nümayəndəsi qeyd edib ki, CIIE dünyanın ən böyük və ən nüfuzlu sərgilərindən biridir və orada iştirak Çin bazarında uğurla fəaliyyət göstərən distribyutorlar və şəbəkə pərakəndə satış şirkətləri ilə əlaqə qurmaq üçün imkanlar açır.
“CIIE təkcə Çin şirkətləri ilə deyil, həm də digər ölkələrin iri şirkətlərinin nümayəndələri ilə görüşə biləcəyiniz böyük beynəlxalq platformadır. Bu, tərəfdaşlıq və işgüzar münasibətlər qurmaq üçün əla fürsət yaradır”, - deyə E.Hüseynov bildirib.
Onun sözlərinə görə, Çin bazarı yüksək rəqabətədavamlıdır və sürətlə inkişaf edir, lakin Azərbaycan istehsalçıları onun tələblərinə uyğunlaşmağa hazırdırlar.
“Biz Çin istehlakçılarının üstünlüklərini anlamağa çalışırıq. Bu sərgidə məhsullarımızın ixracını təmin etmək əzmindəyik və məhsullarımızın Çinin bütün bölgələrindəki mağaza rəflərində görünməsini təmin etmək üçün çalışacağıq”, - deyə o bildirib.
E.Hüseynov həmçinin Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafının ticarət və əməkdaşlığın daha da artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
“Ölkələrimiz arasında qarşılıqlı razılaşmalar sayəsində viza maneələri aradan qaldırılıb və hər iki ölkənin biznes nümayəndələri arasında ünsiyyət asanlaşıb. İnanıram ki, ölkələrimizin davamlı dəstəyi ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək”, - deyə o, yekunlaşdırıb.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 05 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri