Icma.az
close
up
RU
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın aparıcı mebel istehsalçılarından olan Gardashlar Mebel bu dəfə ofis əməkdaşlarının rifahına yönəlmiş addımı ilə diqqət çəkib.

Marja xəbər verir ki, müasir iş şəraitində uzun saatlar kompüter qarşısında çalışan əməkdaşların ehtiyaclarını nəzərə alaraq, şirkət xüsusi universal istirahət yatağı hazırlayıb. Yeni model həm iş prosesində noutbuk üzərində rahat oturaraq işləməyə, həm də qısa fasilələr zamanı uzanaraq dincəlməyə imkan verir. Məhsulun dizaynında ergonomik yanaşma əsas götürülüb, brend rəngləri və loqosu ilə tamamlanaraq ofis mühitinə uyğun estetik görünüş yaradılıb. Məhsulun ən mühüm üstünlüklərindən biri onun çevik istifadəsidir – sadəcə bir toxunuşla dik vəziyyətdə dayana bilir, elə həmin rahatlıqla yerə qoyularaq tam istirahət imkanı yaradır.

Layihənin ideya müəllifi Gardashlar Mebel şirkətinin rəhbəri Əli Mirzəyevdir. Onun təşəbbüsü ilə həyata keçirilən bu addım yalnız Gardashlar Mebel əməkdaşlarının rifahına deyil, həm də ümumilikdə ölkədə işçi mədəniyyətinə yeni yanaşma gətirməyə yönəlib.

"Dünya miqyasında bir çox şirkətlər işçilərinin rifahına yatırım etməklə yanaşı, onların istirahəti üçün xüsusi imkanlar yaradır. Qərbdə artıq uzun illərdir ki, korporasiyalar əməkdaşların yalnız işini deyil, həm də sağlamlığını və gündəlik rahatlığını düşünür. Gardashlar Mebel isə bu yanaşmanı Azərbaycana gətirən və praktiki addıma çevirən ilk yerli şirkətlərdən biri oldu.

Bu təşəbbüs, ölkəmizdə də əməkdaş rifahının sadəcə sosial məsuliyyət deyil, həm də strateji uğur amili olduğunu göstərir. Gardashlar Mebel-in rəhbərliyi hesab edir ki, əməkdaşların rifahına edilən hər bir yatırım gələcəyin ən böyük qazancıdır. “Biz inanırıq ki, işçinin sağlamlığına və rahatlığına göstərilən diqqət onun işə münasibətini dəyişir. Daha güclü, daha motivasiyalı kollektiv – daha böyük nəticələr deməkdir,” – deyə Əli Mirzəyev vurğulayıb.

Əli Mirzəyev  əlavə edib ki, Şirkət bu innovativ yatağı yalnız öz işçiləri üçün deyil, həm də digər müəssisələr üçün istehsal etməyə hazırdır:

"İstənilən təşkilat modeli öz loqosu və rənglərinə uyğun sifariş edə bilər. Bu isə həm əməkdaşlara göstərilən qayğını, həm də korporativ kimliyi gücləndirməyi mümkün edir. Gardashlar Mebel-in təşəbbüsü təkcə bir məhsul deyil, iş dünyasına verilən mesajdır: əməkdaşların rifahı hər şirkətin strateji prioriteti olmalıdır. Azərbaycanda bu kimi addımların atılması yalnız şirkətlərin daxili mədəniyyətini zənginləşdirmir, həm də ölkənin biznes mühitində yeni standart yaradır".

Gardashlar Mebel əməkdaş rifahına yönəlmiş innovativ həllər sahəsində ilk addımını smart masa ilə atmışdır. Həmin model sayəsində işçilər uzun saatlar təkcə oturaq yox, ayaqüstə də işləyə bilirdilər. Yeni universal istirahət yatağı isə bu yanaşmanın davamı olaraq daha geniş imkanlar təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://marja.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri