Icma.az
close
up
RU
Paşinyan: Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır

Paşinyan: Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışı ilə çar Rusiyası dövründə formalaşdırılan və sonradan Kremlin ideoloji mətbəxində cilalanaraq Ermənistan cəmiyyətinə sırınan “Tarixi Ermənistan” adlı qurama mifə növbəti dəfə açıq və prinsipial zərbə vurub.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Paşinyanın səsləndirdiyi fikirlərin ümumi mahiyyəti dəyişməz qalır: “Tarixi Ermənistan” anlayışı boş, mənasız və Ermənistan üçün son dərəcə təhlükəli bir xülyadır.

Baş nazir faktiki olaraq etiraf edib ki, Ermənistan cəmiyyətinin onilliklər boyu arxasınca sürükləndiyi “dənizdən-dənizə Ermənistan” ideyası, eləcə də Türkiyə və Azərbaycana qarşı irəli sürülən “tarixi torpaq” iddiaları erməni xalqını davamlı şəkildə eyni siyasi və tarixi səhvlərə aparıb. Paşinyanın fikrincə, bu ritorika nə dövlət quruculuğuna, nə təhlükəsizliyə, nə də rifaha xidmət edib, əksinə, Ermənistanı dalana dirəyib. Baş nazir açıq şəkildə bildirir ki, reallıqdan qaçmaq mümkün deyil və xəyali keçmiş üzərində gələcək qurmaq cəhdi iflasa məhkumdur.

Paşinyanın bu mövqeyi onun “tarixlə dialoq” formasında səsləndirdiyi fikirlərdə daha aydın şəkildə ifadə olunub. O bildirib ki, erməni xalqının tarixi sanki bu çağırışı edir: “Məni təkrarlamayın. Nə qədər olar eyni səhvləri təkrar etmək, eyni dırmıqlara basmaq? Məni oxuyun və bir daha təkrarlamayın.” Baş nazir qeyd edib ki, eyni sualı “Tarixi Ermənistan” anlayışına da ünvanlayıb və aldığı cavabı belə ifadə edib: “Mənim yolumla getməyin. Ermənistan Respublikasını ‘Tarixi Ermənistan’ın bir hissəsinə çevirməyin. Çünki Respublika realdır.”

Bu fikirlər Ermənistanın indiki siyasi kursu üçün son dərəcə sərt və açıq mesaj kimi qiymətləndirilir. Paşinyan Ermənistanı artıq xəyali və mifoloji keçmişin davamı kimi deyil, yalnız mövcud sərhədlər çərçivəsində mövcud olan real dövlət kimi təqdim edir. Bununla da “Tarixi Ermənistan” anlayışı faktiki olaraq tarixi keçmişin ideoloji tullantısı səviyyəsinə endirilir.

Baş nazirin çıxışında diqqət çəkən əsas məqamlardan biri də sətri-altı xəbərdarlıqdır. Paşinyan dolayısı ilə erməni cəmiyyətinə çatdırır ki, əsassız iddialar, revanşist xülyalar və mifoloji ambisiyalar davam edərsə, risk altına düşən təkcə “tarixi torpaqlar” olmayacaq. Onun mesajına görə, bu yolun sonu hətta mövcud Ermənistan Respublikasının belə təhlükə altına düşməsi ilə nəticələnə bilər. Yəni revanşizm siyasəti erməniləri yalnız uydurma keçmişdən deyil, real bu gündən də məhrum edə bilər.

Eyni zamanda Paşinyanın bu mövqeyi dolayısı ilə onu da üzə çıxarır ki, indiki Ermənistan ərazisinin özü belə tarixi baxımdan mübahisəli zəmin üzərində formalaşıb və revanşist iddialar bu reallığı dəyişmir, əksinə, daha da dərinləşdirir və təhlükəli edir. Baş nazirin çıxışı göstərir ki, Ermənistanın gələcəyi yalnız real sərhədlər, real siyasət və real məsuliyyət üzərində qurula bilər, “Tarixi Ermənistan” kimi miflər isə ölkəni yeni fəlakətlərə sürükləməkdən başqa heç nəyə yaramır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri