Icma.az
close
up
RU
Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanda aqrar sektorun davamlı inkişafı, istehsalın şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul çeşidinin artırılması qeyri-neft ixracının genişləndirilməsi və diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Son illər ərzində kənd təsərrüfatı sektorunda həyata keçirilən məqsədyönlü islahatlar, müasir becərmə texnologiyalarının və ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, eləcə də dövlət tərəfindən qeyri-neft sektorunun ixrac potensialının dəstəklənməsi nəticəsində ölkəmizdə ənənəvi və perspektivli sahələrdən biri sayılan almaçılıq daha da inkişaf edir.

SİA xəbər verir ki, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə uyğunlaşan alma bağlarının ümumi sahəsi 2024-cü ilin əvvəlinə 24,6 min hektara çatıb. Həmin il üzrə ümumi məhsul yığımı 293,3 min ton təşkil edib. Alma istehsalında əsas pay Quba-Xaçmaz iqtisadi rayonuna məxsus olub – bu bölgədə 206,9 min ton məhsul yığımı həyata keçirilib.

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları arasında alma ən çox ixrac olunan məhsullardan biridir. 2025-ci ildə 75,1 milyon dollar dəyərində alma ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 21,3 faiz çoxdur. Cari ildə də alma ixracında müsbət tendensiya müşahidə olunur. Belə ki, yanvar-fevral aylarında 17,6 milyon dollar dəyərində alma xaricə tədarük olunub, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 29,8 faiz artım deməkdir. Ümumilikdə, son 5 ildə (2021-2025-ci illər ərzində) alma ixracının dəyəri 283,6 milyon dollara çatıb, 2025-ci ildə isə bu göstərici 2021-ci illə müqayisədə 2 dəfə artıb.

Ötən il Azərbaycandan 16 ölkəyə alma ixrac olunub. Hesabat ilində əsas ixrac istiqamətləri Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Qazaxıstan, Qətər və İraq olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri