Azərbaycan statistik məlumatların hazırlanmasında xarici təcrübədən istifadə edəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda edilən təqdimatlar, çıxışlar faydalı oldu.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib.
O qeyd edib ki, bu məlumatlar, innovasiyalarla bağlı həyata keçiirlmiş islahatlarla bağlı ölkə təcrübələrinin bölüşülməsi Azərbaycan üçün qarşıda duran məsələlər, o cümlədən dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə statistikanın hazırlanması kimi məsələlərdə çox faydalıdır:
“Biz materialları əldə etmişik. Digər ölkələrdən olan təcrübələrlə də ətraflı tanış olacağıq. Burda 10 beynəlxalq təşkilatın nümayəndəsi, o cümlədən BMT-nin Avropa iqtisadi komissiyasının statistika şöbəsinin direktoru, eləcə də Dünya Bankının beynəlxalq müqayisələr proqramının rəhbəri iştirak edirdi. Onların da hazırladığı metedoloji materiallar təqdim olundu və həmin materiallardan da Azərbaycanda statistikanın daha da inkişaf etdirilməsi zamanı istifadə olunacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 26 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















