Icma.az
close
up
RU
Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin hazırlanmasında ilk dəfə süni intellektdən istifadə olunur

Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin hazırlanmasında ilk dəfə süni intellektdən istifadə olunur

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Türkdilli ölkələrdən ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, AMEA Prezidenti akademik İsa Həbibbəyli institutlararası əməkdaşlıq təşəbbüsünü müsbət dəyərləndirib:

“Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan İdarəetmə Sistemləri İnstitutunun iki əməkdaşı ilə birgə Dilçilik İnstitutu tərkibində qrup yaratmışıq. Bu qrup hazırda süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətli iş aparır. Hesab edirik ki, bu sürətlə davam etsək, Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti bu ilin sonuna qədər nəşr olunacaq”.

Baş direktor bildirib ki, lüğətin hazırlanmasında süni intellektin dəstəyi türkdilli respublikalarda ilk dəfə Azərbaycanda tətbiq olunur:

“Bu, əvvəl-axır olmalı idi. Dünya dəyişir, Avropada bu təcrübə çoxdan var. Lakin burada çox həssas bir məqama diqqət çəkək: süni intellektin tapıb göstərdiyi hər bir təsadüfi söz lüğətə daxil ediləcəkmi? Əlbəttə ki, xeyr. Yaradılan qrup həmin sözün dildə işlək olub-olmaması ilə bağlı təftiş aparır. Əgər uyğundursa, söz işləkdirsə, qalır, deyilsə, çıxarılır”.

N.Məmmədli hazırda 180 minlik söz bazasının yaradıldığını qeyd edib:

“Lakin bu, hələ yekun deyil. Sözlərin işlənmə tezliyinə görə saf-çürük edilməsi prosesi davam edir”.

Professor süni intellekt təcrübəsinin Azərbaycan Dilinin İzahlı Lüğəti üçün də tətbiq edilə biləcəyini istisna etməyib:

“Şübhəsiz, bu təcrübə gələcəkdə daha geniş istifadə ediləcək. Hesab edirəm ki, builki nəşrləri uğurla bitirdikdən sonra növbəti ildə artıq Azərbaycan Dilinin İzahlı Lüğətinin də nəşrinə başlanılacaq. 180 minlik söz bazası olan xalqın dilinin 4 cildlik izahlı lüğətinin olması gülüncdür. Proses çevik şəkildə aparılmalıdır və aparılacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 03 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri