Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Azərbaycan Suriya əlaqələrinin perspektivləri Əli Məsimli yazır

Azərbaycan Suriya əlaqələrinin perspektivləri Əli Məsimli yazır

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Suriya qədim tarixə malik olan ölkələrdən biridir.Suriya 1963-cü ildən 2024-cü ilə qədər Baas Partiyası və onun müttəfiqlərinin hakimiyyəti altında olub. Əsəd rejimi 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılmasına qarşı başlayan vətəndaş müharibəsində paytaxt Dəməşqin nəzarətdən çıxması ilə 2024-cü ildə çökdü. Suriyada 1963-cü ildə hakimiyyətə gələn Bəəs Partiyasının 61 illik qanlı hakimiyyətinə son qoyuldu. Vətəndaş müharibəsi Suriyaya hər cəhətdən çox böyük zərbə vurub.Suriyanın 14 il davam edən həmin münaqişədə ÜDM itkiləri 800 milyard dollar olaraq qiymətləndirilir. Münaqişə 618 minə yaxın insanın ölümü ilə nəticələnib, 113 min nəfər itkin düşmüşüb.Əhalinin bir hissəsi ölkəni tərk edib,Türkiyəyə və digər ölkələrə sığınıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) yeni hesabatına görə, on dörd illik münaqişə Suriyada təxminən 40 illik iqtisadi və sosial tərəqqini məhv edib. BMTİP-in proqnozlarına görə, hazırkı artım templəri ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki səviyyəyə qayıda bilməyəcək. Bərpa müddətini on ilə qədər qısaltmaq üçün illik iqtisadi artım 6 dəfə artmalıdır. Hesabat müəlliflərinin hesablamalarına görə, hazırda suriyalıların hər 10 nəfərdən 9-u yoxsulluq içində yaşayır. 2011-ci ildə münaqişə başlayandan bəri ölkədə ÜDM yarıdan çox azalıb, işsizlik isə 3 dəfə artıb.

Azərbaycanla Suriya arasında tarixən çox müsbət xarakterli əlaqələr mövcud olub.Lakin Əsəd rejimi bu əlaqələrin hərtərəfli inkişafına imkan verməyib, Azərbaycan səfirliyini oradan çıxarıb və iki ölkə arasındakı münasibətlərdə durğunluq yaranıb. Bəşər Əsəd rejimi Qarabağ məsələsində həmişə ermənipərəst mövqe tutub və Ermənistanı dəstəkləyib.

Suriyada Əsəd rejimi çökdükdən sonra Azərbaycan Türkiyədən sonra Suriyaya humanitar yardım göstərən və bu yöndə digər addımlar ilə real töhfə verən ikinci ölkə oldu. Azərbaycan həm ikitərəfli və də beynəlxalq kontekstdə Suriyaya hərtərəfli dəstək verir. Azərbaycanın bu yöndə gördüyü işlər qardaş Türkiyə ilə sinxraonlaşdırılmış şəkildə həyata keçirilir. 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi baş verdikdən sonra Azərbaycanla Suriya arasında münasibətlərin normallaşması prosesi başlanıb. Tarixində yeni səhifə açılmış Suriya ilə qarşılılı hörmət və qarşılılı faydalılıq prinsipi əsasında qurulmağa başlayan yeni münasibətlər Azərbaycanın Suriyaya xoşməramlı münasibətinin bariz nümunəsidir.

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni dönəmi konkentekstində çox müsbət addımdır.Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib.Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən prezident vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə öz təşəkkürünü bildirib.Əhməd Əl Şaraa ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd edilib.

Görüş zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Suriya iqtisadiyyatı neft və neft məhsulları ixracına əsaslanır. Suriyanın vətəndaş müharibəsindən əvvəl iqtisadiyyatın iki əsas sütunu kənd təsərrüfatı və neft hasilatı olub. Bu iki sahə birlikdə ÜDM-in təxminən yarısını təşkil edirdi.Suriya neft və qızıl ehtiyatlarına görə Yaxın Şərqin liderləri arasındadır. Suriyanın neft və qaz ehtiyatları digər Yaxın Şərq ölkələri ilə müqayisədə kiçik olsa da, hələ də ölkə iqtisadiyyatında mühüm rol oynayır.Müxtəlif hesablamalara görə, Suriyanın təxminən 2,5 milyard barel neft və 250 milyard kubmetr təbii qaz ehtiyatı var. Vətəndaş müharibəsi, infrastrukturun dağıdılması və sanksiyalar səbəbindən neft və qaz hasilatı xeyli azalıb. Suriya bir vaxtlar Şərqi Aralıq dənizinin ən böyük neft ixracatçısı olub.Lakin münaqişə başlayandan bəri neft hasilatının kəskin azalması səbəbindən bu sahədə idxalçıya çevrilib. Ölkənin vətəndaş müharibəsinə qədər neft hasilatı sutkada 383 min barel idisə, son illər bu göstərici sutkada 90 min barelə düşüb. Bu kontekstdə demək olar ki, Azərbaycanın neft-qaz sektorunun inkişafı sahəsində böyük təcrübəsi əsasında Suriya ilə əməkdaşlıqda geniş imkanları var.Enerji ehtiyatlarının şaxələndirilməsi istiqamətində də iki ölkə arasındakı əlaqə mühüm əhəmiyyət kəsb edir. Müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar bir sıra sahələr üzrə qarşılıqlı faydalı layihələrin reallaşdırılması nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Suriyanın İsrail və bir sıra digər ölkələr arasında münsibətlərin normallaşmasına da real töhfə verə bilər. Həmin layihələrin, tədbirlərin və təşəbbüslərin sistemli şəkildə reallaşdırılması Azərbaycan-Suriya münsibətlərinin yeni mərhələyə keçməsinə böyük töhfə verəcək.

Əli Məsimli,

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see251

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see192

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see169

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see163

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see162

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri