Icma.az
close
up
RU
Vasitəçisiz Azərbaycan Ermənistan dialoqu daha perspektivli görünür Əli Məsimli

Vasitəçisiz Azərbaycan Ermənistan dialoqu daha perspektivli görünür Əli Məsimli

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib.Bu barədə verilən rəsmi məlumata görə,görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.Sülh gündəliyinin mühüm istiqamətləri- sərhədlərin delimitasiyası,Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Vasitəçisiz Azərbaycan-Ermənistan dialoqu daha perspektivli görünür.Bu kontekstdə Əbu-Dabi görüşü formatı bu prosesdə öz maraqları ola biləcək vasitəçinin, üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa dialoq yolu ilə münasibətləri normallaşdırmasına aparır.Bu kontekstdə Əbu-Dabi görüşü Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanmasında və yaşadığımız regionda dayanıqılı sülhün təmin edilməsində qərarlılığının konstruktiv şəkildə nümayiş etdirilməsi, qlobal güclərin regiona müdaxilə imkanlarının məhdudlaşdırılması, problemlərin dialoq yolu ilə həllindəki israrlılığın ortaya qoyulması,əsas məqsədi olan böyük sülh sazişinin bağlanmasına aparan Yol Xəritəsinin müəyyənləşməsinə konstruktiv əsasların yaranması,növbəti görüşlərdə sülh müqaviləsinin imzalanması istiqamətində daha rassional və nəticəli addımarın atılmasına yaxşı zəminin formalaşdırılması və sair bu kimi məqamlar baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Görünən budur ki, hazırkı vəziyyət regionumuzda davamlı,dayanıqlı və dönməz sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və ondan faydalanmaq obyektiv zəraurıtı çevrilib. Belə şəraitdə birbaşa ikitərəfli format əsasında keçirilən bu görüşə qarşı birbaşa çıxış etmək mümkün deyil və təbii surətdə dəstəklənir.Bununla belə görüşü alqışlayanlarla yanaşı,hələlik açıq deyilməsə də, bu görüşdən narahat olan və qıcıqlanan ölkə,tərəf və qüvvələr də var.İçindəkiləri birbaşa açıq deməsələr də öz klassik üsulları ilə əndişələrini artıq yaymağa başlayıblar.Ona görə də Əbu-Dabi görüşü sülh üçün müsbət və çox zıruri addım olsa da,bu görüşü böyük sülhə aparan prosesdə real və etibarlı dönüş nöqtəsinə çevirməkdən ötrü, əldə edilən razılaşmaların mıntiqi davamı və yekun nəticəsi kimi böyük sülh sazişin imzalanması və gerçəkləşməsi yolunda gözlənilə bilən bir sıra maneələrin aradan qaldırılmasını zəruri edəcək.Bu kontekstdə sülhə aparan yolda Azərbaycanla Ermənistanın çağırışlara koordinasiya edilmiş cavabların verilməsi,siyasətin müəyyən məqamlarnın uzlaşdırılması və sülh müqaviləsinin bağlanması üçün mövcud maneələrin optimal variantlarda aradan qaldırılması və sair bu kimi məsələlərin qabaqlayıcı və digər üsullarla həlli üçün xeyli səy göstərməsi lazım gələcək.

Görüşdə müzakirə olunan məsələlər arasında Ermənistanın Konstitusiyasının Azərbaycana qarşı olan məqamlarının dəyişdirilməsi müəyyən qədər vaxt aparan məsələ olsa da, prinsipial razılıq əldə edilən məsələlərin-sərhədlərin delimitasiyası sahəsində,eləcə də Zəngəzur dəhlizinin açılması və sülh sazişi ilə bağlı işlər daha geniş planda davam etdiriləcək.Zəngəzur dəhlizinin açılması və kommunikasiya mövzusunun multiplikativ effekti Azətbaycan və Ermnistana faydası ilə yanaşı,regional və qlobal miqyasda bir sıra istiqamətlərdə real nəticələrin əldə edilməsinə gətirib çıxaracaq: kommunikasiyalar mövzusunun, o cümlədən Zəngəzur dəhlizinin açılmasının tərəfdarlarının prosesə dəstəyi güclənəcək;sülh perspektivlərinin gücləndirilməsini sürətləndirəcək; böyük sülh sazışının bağlanması ilə bağlı zəruri olan məsələlərin həllini asanlaşdıracaq;hətta bu yöndə atılan addımların məntiqi nəticəsi kimi bir sıra məsələlərin öz- özünə həllinə də gətirib çıxaracaq.

Əbu-Dabi görüşü göstərdi ki,Azərbaycanın davamlı sülh çağırışları addım-addım öz bəhrəsini verməkdədir.Ermənistan da Azərbaycanla olan münasibətdə məsələlərin konstruktiv dialoqa əsaslanan sülh yolu ilə həllində sərgilədiyi hazırkı realist maraqlarına davamlı xarakter vermək yolunda siyasi iradə göstərsə,Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin bağlanması məsələsi gerçəkləşəcək.Bu isə təkcə iki ölkəyə fayda gətirməklə məhdudlaşmayacaq,Cənubi Qafqzda tamamilə yeni bir reallıq yaradadacaq ki,bu da regiona proqnozlaşdırıla bilən dayanıqlı sülh,sabitlik,əmin-amanlıq və sürətli tərəqqi gətirəcək.

Əli Məsimli,

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri