Icma.az
close
up
RU
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atmalıdır və türkmən soydaşlarımıza yardım etməlidir

Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atmalıdır və türkmən soydaşlarımıza yardım etməlidir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra sosial şəbəkələrdə “biz də nəsə etməli idik” kimi fikirlərlə qarşılaşırıq. Əslində bu fikirlər gündəm xatirinə və ya diqqət çəkmək məqsədilə yazılsa da, istər-istəməz bir sual yaranır: Biz nə etməli idik? Nəsə etməli idikmi? Və indi nə edə bilərik?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Suriya münaqişəsi Azərbaycanın daxil olmadığı bir münaqişədir.

Məhəmməd Əsədullazadə

“Əlbəttə ki, orada Türkiyənin rolu var. Türkiyə də bizim hərbi müttəfiqimizdir. Biz bu prosesdə Türkiyənin siyasətini dəstəkləməliyik və dəstəkləyirik. Çünki, Türkiyənin təhlükəsizliyi və Yaxın Şərqdə mövqeyinin güclənməsi Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab verir.

Suriyada azərbaycanlılarla eyni dili, dini paylaşan soydaşlarımız - türkmənlər var. Uzun illərdir ki, onlarla danışa bilmirik. Düzdür, İraqdakı türkmənlərlə müəyyən müstəvidə əlaqələrimiz var. Amma, Suriyadakı türkmənlərlə demək olar ki, əlaqələr sıfır səviyyəsindədir”-deyən politoloq hesab edir ki, türkmənlərlə bağlı Azərbaycan dövlətinin bir "piar" siyasəti olmalıdır.

"Artıq Kərkükdə Azərbaycanın konsulluğu var, türkmənlərə bir dəstək veriləcək. Biz Suriyadakı soydaşlarımızı da yaddan çıxarmamalıyıq"-deyən politoloqun fikrincə, Suriyada istiqlal bərqərar olunduqdan sonra biz türkmənlərin sıx yaşadığı ərazilərdə konsulluq xidməti yaratmalıyıq.

“Təbii ki, türkmənlər də azərbaycanlıları tanıyır, öz soydaşları kimi də qəbul edirlər. Bizim dinimiz, dilimiz birdir və tarix boyu daim əlaqələrimiz olub. Hələbdə Azərbaycan böyük şairi İmaməddin Nəsiminin qəbri var. Biz mədəni əlaqələri möhkəmləndirməliyik. Bu, bizim üçün də bir mayakdır. Təəssüf ki, qeyri-hökumət təşkilatlarının Suriyadakı türkmənlərlə bağlı obyektiv və subyektiv səbəblərə görə əlaqələri olmayıb. Çünki, Bəşər Əsəd rejiminin və Baas partiyasının uzun illər Suriyada hakimiyyətdə olması türkmənlərin haqlarının həm mədəni, həm hüquqi şərtlərdə tapdalanmasına gətirib çıxarıb. İmkan verilməyib ki, xarici ölkələrlə və ya digər soydaşları ilə əlaqələr qurulsun.

Suriyada artıq yeni bir mərhələ başlayır. Biz bundan sonra Türkiyə üzərindən müvəqqəti olaraq işləməliyik. Azərbaycan Suriyada yaşayan türkmənlərə dövlət səviyyəsində bir humanitar yardım göndərməlidir və bunu da geniş şəkildə təbliğ etməlidir. Çünki, bu addım azərbaycanlıların öz soydaşlarının yanında olduğunu göstərməlidir”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri