Icma.az
close
up
RU
Azərbaycan teatr sənətində Molyer faktoru Gülər Ədilzadə

Azərbaycan teatr sənətində Molyer faktoru Gülər Ədilzadə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün dahi fransız dramaturq Molyerin doğum günüdür.

Kulis.az Gülər Ədilzadənin "Azərbaycan teatr sənətində Molyer faktoru" yazısını təqdim edir.

Molyer deyirdi ki, gün gələcək, hər kəs deyəcək: “Molyerin dilində danışın”, yəni, fransızca danışın. Fransa dramaturgiyasının ən böyük simalarından biri Jan Batist Molyerdir.

Şekspir dünyada faciələri ilə tanındığı qədər Molyer də öz komediyaları ilə tanınır. Klassik komediyanın yaradıcısı məhz Molyerdir. Yaradıcılığının ilk illərində “Zorən təbib”, “Gülünc ədəbazlar”, “Sqanarel”, “Ərlər məktəbi”, “Arvadlar məktəbi” kimi maraqlı səhnə əsərləri yazıb. Sonrakı illərdə isə Molyer onu geniş arealda tanıdan və sevdirən daha güclü pyeslərini qələmə alıb. Bu dram əsərlərinin arasında “Məcburi nikah”, “Don Juan”, “Mizantrop”, “Zorən təbib”, “Xəsis”, “Məhəbbət fitnəsi”, “Tartüf”, “Don Juan”, “Skapenin kələkləri”, “Jorj Danden” və s. pyeslərin adlarını çəkmək olar.

1622-ci ildə Fransada doğulmuş Jan Batist Molyer dünya dramaturgiyasında komediya janrının ən usta sənətçilərindən hesab olunur. Molyerin zamanını “Roi Soleil” (Günəş Kral) dövrü adlandırılır. O, bu zamanın, bu çevrənin yazıçısıdır. Yaradıcılığına Parisin dəbli yaşam tərzinin, qadınların, saray həyatının, kübar mühitin böyük təsiri olmuşdur. Molyer həmçinin İtalyan teatrının “Komedi del arte”sindən təsirlənmişdir.

Dünya teatr tarixində iz qoymuş Jan Batist Molyerin Azərbaycan teatrında da özünəməxsus yeri var. Belə ki, milli teatrımızın təşəkkül dövründə dramaturqlarımızın yaradıcılığında Molyer təsiri duyulmuşdur. Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun yaradıcılığında Molyer komediyalarının dəsti-xəttini görmək olar. Bu təsir, əlbəttə ki, M.F.Axundzadə yaradıcılığında daha çox duyulur. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahim Xəlil kimyagər” əsərində Hacı Nuru obrazı “Mizantrop” əsərinin qəhrəmanı Alsesti ilə, “Sərgüzəşti-mərdi xəsis” əsərinin Hacı Qarası “Xəsis”dəki Qarpaqonla müqayisə olunur.

Mirzə Fətəli Axundzadə milli dramaturgiyanın əsasını qoyduqdan sonra yazıçı və dramaturqlarımız yeni pyeslər yazmaqla yanaşı, xarici dramları tərcümə və təbdil etməklə repertuarı genişləndirirdilər. Azərbaycan teatrında ən çox təbdil və təcrümə olunan ilk müəlliflərdən biri Molyerdir. Teatr tədqiqatçısı Qulam Məmmədli “Azərbaycan teatr salnaməsi” kitabında 1905-1920-ci illər arasında müxtəlif həvəskar teatr dəstələrinin Molyerin “Zorən təbib”, “Xəsis” əsərlərinə quruluş verdiyini bildirir. Lakin bu tamaşaların bəzilərinin, sadəcə, oynanılma tarixi və ifaçıları məlumdur və onlar haqqında daha ətraflı məlumat ala bilmirik.

Hüseyn Ərəblinski (“Zorən təbib”, Molyer), Mirseyfəddin Kirmanşahlı “Bağa qınını bəyənməz” (“Meşşan dvoryanlıqda”, 9 aprel 1928), Abbas Mirzə Şərifzadə (“Zorən təbib”), Aleksandr İvanov (“Jorj Danden”, 14 dekabr 1923), Aleksandr Tuqanov (“Don Juan”, 18 yanvar 1926), (“Jorj Danden”, 1924), Rza Darablı (“Skapenin kələkləri”, 5 dekabr 1936), Mehdi Məmmədov (“Vasvası xəstə”, Gəncə Teatrı), Səməd Mövləvi (“Jorj Danden”, Naxçıvan teatrı), Yusif Yulduz (“Cancur Səməd”, Naxçvan teatrı), Zəfər Nemətov, Tofiq Kazımov kimi rejissorlar bir zamanlar Molyerin komediyalarına fərqli və maraqlı quruluşlar vermişlər.

Əbülfət Vəli (Cənnətəli, “Zorən təbib”), Məhəmməd bəy Əlvəndi (Təbib İlyas, “Zorən təbib”), Ələkbər Süheyli (Tuba, “Zorən təbib”), Cəlil Bağdadbəyov (Təbib, “Zorən təbib”), Xəlil Hüseynov (Cəbi, “Zorən təbib”), Cahangir Zeynalov (Eyvaz, “Zorən təbib”), Abbasmirzə Şərifzadə (Don Juan, “Don Juan”), Mustafa Mərdanov (Jorj Danden, “Jorj Danden”, Sqanarel, “Don Juan”, Jordan, “Bağa qınını bəyənməz”), Əli Qurbanov (Jeront, “Skapenin kələkləri”), Möhsüm Sənani (Skapen, “Skapenin kələkləri”), Nataliya Lizina (Tuba, “Zorən təbib”), Sona Hacıyeva (Zerbinetta, “Skapenin kələkləri), Mirzağa Əliyev (Skapen, “Skapenin kələkləri”), Mərziyə Davudova (Elvira, “Skapenin kələkləri”), Ələsgər Ələkbərov (Cancur Səməd, “Cancur Səməd”), Nəsibə Zeynalova (Elvira, “Skapenin kələkləri”), Kərim Sultanov (Notarus, “Cancur Səməd”), Məmmədağa Dadaşov (Valer, “Zorən təbib”, Leandr, “Skapenin kələkləri”), Hüseynağa Sadıqov (Jeront, “Skapenin kələkləri”), Süleyman Əsgərov (Arqant, “Skapenin kələkləri”), Əliağa Ağayev (Sqanarel, “Zorən təbib”), Süsən Məcidova (Javklina, “Zorən təbib”, Zerbinetta, “Skapenin kələkləri), Firəngiz Şərifova (Zerbinetta, “Skapenin kələkləri) kimi aktyorlar Molyer personajlarını ifa etmişlər.

Molyer XX əsrin sonu və XXI əsrdə də Azərbaycan teatrının sevə-sevə müraciət etdiyi dramaturqlardan biri olmuşdur. Belə ki, Rəhman Əlizadə, Oruc Qurbanov, Mirbala Səlimli, Əsgər Əsgərov, Nihad Qulamzadə kimi rejissorlar böyük komedioqrafın əsərlərini səhnəyə qoymuşlar.

Azərbaycan teatrında “Xəsis”, “Zorən təbib”, “Don Juan”, “Jorj Danden”, “Skapenin kələkləri” əsərləri Molyerin ən çox müraciət olunan pyeslərindəndir.

Ədəbiyyat siyahısı

1. Cəfər Cəfərov, Əsərləri, II cild, Bakı, Azərnəşr, 1968
2. Qulam Məmmədli, “Azərbaycan teatrının salnaməsi”, Bakı 1975
3. İnqilab Kərimov, “Azərbaycan teatr tarixi, I cild, Bakı-“Elm”, 2008
4.İnqilab Kərimov, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Maarif” nəşriyyatı, Bakı, 2002

Kasıb teatrın dərdlərini "tanıyıram" - Lotuluq eləyən lopabığ tüfeylilər “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək Mən qurd kimi gəmirərdim bürokratizmi - Vladimir Mayakovski
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri