Icma.az
close
up
RU
Azərbaycan teatrı Moldova səhnəsi ilə əməkdaşlığa başlayır

Azərbaycan teatrı Moldova səhnəsi ilə əməkdaşlığa başlayır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moldova Respublikası Mədəniyyət Nazirliyində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Moldova Respublikasının Ejen İonesko adına Milli Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

İmzalanma mərasimindən əvvəl Azərbaycanın Moldovadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə çiçək dəstələri qoyulub. 

Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Ejen İonesko adına Milli Teatrın direktoru, Xalq artisti Valeriu Pahomi imzalayıblar. 

Moldova Respublikasının mədəniyyət naziri Dan Suruceanu iki ölkə arasında mədəni əlaqələrin inkişafını yüksək qiymətləndirib. Nazir qeyd edib ki, Akademik Milli Dram Teatrının bu təşəbbüsü hər iki teatrın inkişafına mühüm töhfə verəcək.

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bildirib ki, səfirlik kollektivlərin yaradıcı əlaqələrinin genişlənməsinə dəstək göstərməyə hazırdır.

Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov rəhbərlik etdiyi sənət ocağının beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, teatr sənətinin inkişafı üçün milli teatrlar arasında qurulan beynəlxalq əməkdaşlıq prioritet istiqamət kimi qarşıya qoyulub: "Artıq doqquz ölkənin milli teatrı ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Milli dramaturgiyanın təbliği, kollektivlərin tamaşa, rejissor və aktyor mübadiləsi, festival, konfrans və master-klasların təşkili əsas məqsədimizdir".  

Ejen İonesko adına Milli Teatrın bədii rəhbəri, Xalq artisti, rejissor Petru Vutkereu 2012-ci ildə Akademik Milli Dram Teatrında quruluş verdiyi Xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında eyniadlı tamaşanı yada salıb və kollektiv haqqında xoş xatirələrini bölüşüb.

Daha sonra Ejen İonesko adına Milli Teatrda P.Vuktereunun quruluş verdiyi “Qonzaqonun qətli” və “Müfəttiş” tamaşası nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri