Azərbaycan Üzgüçülük və Triatlon federasiyaları əməkdaşlığa başlayır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
ATF-dən AZƏRTAC-a verilən məlumata görə, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.
Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Fevral 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















