Azərbaycan təmsilçisi: Gəncə aerobika gimnastika üzrə Avropa çempionatına yaxşı hazırlaşıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 10 noyabr, Cavid Əliyev, AZƏRTAC
Bu, bizim ilk Avropa yarışımız idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatında “üçlük” proqramında çıxış edən Ayla İsmayılzadə deyib. O, yarışın özləri üçün yaxşı keçdiyini bildirib: “Növbəti turnirlərdə daha uğurlu nəticə qazanmaq istəyirik. Azarkeşlərin atmosferi möhtəşəmdir. Gəncə yarışa çox yaxşı hazırlaşıb. Burada hər kəs bir-birinə rəqibdir. Lakin bütün idmançılarla yaxşı dostluq münasibəti qurmuşuq”.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 10 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















